TÜRKMƏNİSTANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB QURBANQULU BERDİMƏHƏMMƏDOVA
Hörmətli Qurbanqulu Məlikquliyeviç,
Türkmənistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Türkmənistan dövlətlərarası münasibətlərinin inkişaf etdirilməsi, dostluq və əməkdaşlığımızın möhkəmləndirilməsi yolunda bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 oktyabr 2009-cu il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [10:57]
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub VİDEO
- 13.10.2026 [10:41]
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO
- 12.10.2026 [16:46]