U-19 Gənclər Liqası: “Qarabağ” klubu son ev oyununu keçirib
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də UEFA Gənclər Liqasında qrup mərhələsinin beşinci turunda “Qarabağ” komandası növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19 komandası “Azərsun Arena”da “Çelsi”ni qəbul edib. Matçın ilk hissəsində qapılara qol vurulmayıb.
Görüşün ikinci hissəsində “Qarabağ” hesabı açıb. Oyunun 50-ci dəqiqəsində Yuroslav Deda “Çelsi”ni oyuna mərkəzdən başlamağa məcbur edib. Matçın 61-ci dəqiqəsində Martell Teylor-Krossdeyl 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib - 1:1. Görüşün 70-ci dəqiqəsində Çarli Braun “Çelsi”ni hesabda önə çıxarıb - 1:2. Bu qoldan altı dəqiqə sonra Corc Makikran hesab arasındakı fərqi iki topa çatdırıb.
Beləliklə, matç “Çelsi”nin 3:1 hesablı üstünlüyü ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]