UEFA Avropa Liqası: “Speranta” – “Neftçi” görüşünün keçiriləcəyi stadion müəyyənləşib
Bakı, 19 iyun, AZƏRTAC
“Neftçi” futbol klubunun UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsində səfərdə Moldovanın “Speranta” komandası ilə qarşılaşacağı arena müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qarşılaşma iyulun 11-də Kişineudakı “Zimbru” stadionunda təşkil olunacaq. Nisporeni klubunun rəhbərliyi görüş üçün əvvəlcə Orgeyevdəki idman kompleksinə sifariş versə də ev oyunlarını bu arenada keçirən “Petrokub” komandasının ilk görüşü səfərdə oynamasına dair UEFA-nın qərarından sonra “Speranta” Bakı təmsilçisi ilə paytaxt stadionunda qarşılaşmağa qərar verib.
Bu komandalar arasında cavab görüşü iyulun 18-də “Bakcell Arena”da oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]