UEFA Avropa Liqasının finalı – “Roma” – “Sevilya”
Bakı, 19 may, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasında finalçılar bəlli olub.
AZƏRTAC xəbər verir ki, səfərdə Almaniyanın “Bayer Leverkuzen” klubu ilə qolsuz heç-heçə edən “Roma” bu turnirdə ilk finalçı olub.
Qeyd edək ki, komandalar arasında Romada keçirilən ilk oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşmışdı 1:0.
“Roma”nın finaldakı rəqibi isə öz meydanında “Yuventus”u əlavə vaxtda 2:1 hesabı ilə məğlub edən “Sevilya” olub. Oyunda hesabı Vlahoviçin qolu ilə “Yuventus” açsa da, Suso tablodakı rəqəmləri bərabərləşdirib - 1:1. Turində oynanılan ilk matç da heç-heçə nəticələndiyindən, əlavə vaxt oynanılıb.
Əlavə vaxtda isə Erik Lamela meydan sahiblərinin qələbə qolunu vurub - 2:1.
Qeyd edək ki, UEFA Avropa Liqasının finalı mayın 31-də Budapeştdə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]