UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi iki oyunla davam edəcək
Bakı, 17 fevral, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin növbəti iki oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün mərkəzi qarşılaşması İtaliya paytaxtında “Roma” ilə “Real Madrid” arasında oynanılacaq. Hər iki komanda yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxacaq. Zinəddin Zidan əvvəllər futbolçu kimi şərəfini qoruduğu “kral klubu” ilə Çempionlar Liqasında baş məşqçi kimi debüt edəcək. Luçano Spaletti isə bir neçə ildən sonra yenidən “canavarlar”ı vacib oyuna çıxaracaq.
Komandalar arasında Çempionlar Liqasının son səkkiz matçının üçündə qalib gələn “Roma”, birində heç-heçə etməklə qalan dördündə isə Madrid klubuna uduzub.
Paralel oyunda turnirin debütantı olan Belçikanın “Gent” komandası Almaniyanın “Volfsburq” klubunu qəbul edəcək. Almaniya təmsilçisinin ən yaxşı futbolçularından sayılan Naldo ilk oyunu cəza üzündən buraxmalı olacaq. Bununla yanaşı, əsas qolkiper Dieqo Benalyo zədə üzündən meydana çıxmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]