“UEFA U-17”: A və B qruplarında ikinci turun oyunları keçiriləcək
Bakı, 8 may, AZƏRTAC
Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində ikinci turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, A və B qruplarında yer alan milli komandalar növbəti matçlarına çıxacaqlar.
Ukrayna və Avstriya milliləri arasında oyuna saat 14:00-da 8-ci Kilometr qəsəbə stadionunda start veriləcək. B qrupunun digər oyununda Almaniya komandası Bosniya və Herseqovina millisi ilə qarşılaşacaq. Oyun saat 19:00-da “Dalğa Arena”da başlayacaq.
Millimizin çıxış etdiyi A qrupunun ilk görüşü də Şüvəlanda - “Dalğa Arena”da (15:30) keçiriləcək. Qitə birinciliyinə qələbə ilə başlayan Portuqaliya komandası bu dəfə Şotlandiya millisinə qarşı oynayacaq. Azərbaycan futbolçuları isə saat 19:00-da 8-ci Kilometr qəsəbə stadionunda Belçika komandası ilə qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]