“UEFA U-17” Avropa çempionatı: Belçika “A” qrupunda ilk xalını qazanıb
Bakı, 5 may, Elşad Qəzvini, AZƏRTAC
“UEFA U-17” Avropa çempionatının “A” qrupunun ilk görüşündə Belçika və Şotlandiya futbolçuları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, millimizlə eyni qrupda yer alan Belçika yığması Şotlandiya millisi üzərində 2:0 hesabı ilə qalib gəlib. Belçikanın heyətində Milan Korrin 45-ci dəqiqədə hesabı açıb. Oyunun 60-cı dəqiqəsində isə Lois Openda hesab arasındakı fərqi ikiyə çatdırıb. Bundan sonra qapılara qol vurulmayıb.
“8-ci Kilometr” stadionunda oynanılan qarşılaşmanı slovakiyalı baş hakim Peter Kraloviç idarə edib.