“UEFA U-17” Avropa çempionatı: İtaliya millisi Serbiya yığmasına minimal hesabla qalib gəlib
Bakı, 6 may, AZƏRTAC
Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin ikinci günündə - mayın 6-da “C” qrupu çərçivəsində İtaliya və Serbiya komandaları qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” stadionunda oynanılan görüşdə İtaliya millisi 2:1 hesabı ilə qalib gəlib.
Sloveniyalı baş hakim Mitja Zqaneçin idarə etdiyi oyunda İtaliya millisinin heyətində 9-cu dəqiqədə Cianluka Skamakka və 32-ci dəqiqədə Moise Kean fərqləniblər. Serbiya yığmasının qolunu isə 77-ci dəqiqədə İqor Maksimoviç vurub.
Qrupun digər oyunu isə mayın 6-da “Dalğa Arena”da Hollandiya və İspaniya milliləri arasında keçiriləcək.