UFAZ startaplar üçün inkubasiya proqramı elan edib
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan-Fransız Universitetinin (UFAZ) Sahibkarlıq və İnnovasiya Mərkəzi startaplar üçün 15 000 manat büdcəsi olan inkubasiya proqramı elan edib.
AZƏRTAC xəbər verir ki, proqramda iştirak üçün son tarix avqustun 31-dək uzadılıb. İnkubasiya proqramı bütün startap təsisçiləri üçün açıqdır.
Qeyd edək ki, komanda üzvlərindən biri 2 il ərzində hazırkı tələbə və ya məzun olmalıdır. Komandalara 500 AZN dəstək verilir; UFAZ-ın İnnovasiya Mərkəzində pulsuz iş yeri; Həftəlik mentorluq sessiyaları; TOP 2 startap üçün 5000 AZN pul mükafatı; TOP 2 startaplar üçün Strasburq Universitetinə maraqlı sahibkarlıq səfərinə çıxmaq şansı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]