Ukrayna Baş naziri: Müharibə ölkə iqtisadiyyatına 700 milyard dollardan çox ziyan vurub
Bakı, 3 yanvar, AZƏRTAC
Ukraynada hərbi əməliyyatlar başlayandan ölkə iqtisadiyyatına dəyən ziyan 700 milyard dolları ötür.
AZƏRTAC gazeta.ru saytına istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin iclasında deyib.
Onun sözlərinə görə, Ukraynada Dünya Bankı ilə birlikdə bərpa üçün “ehtiyacların yoxlanılması”nın aparılması planlaşdırılır.
“Xatırladıram ki, iyunun əvvəlində bu rəqəm 350 milyard dollar zərər idi. İnfrastrukturumuza edilən son hücumları nəzərə alsaq, bu gün bu məbləğ 700 milyard dollardan çoxdur”, - deyə D.Şmıqal bildirib.
Baş nazir qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsində ictimai binaların, mühüm infrastruktur obyektlərinin tikintisi və təmiri, müvəqqəti məcburi köçkünlərin mənzillə təminatı üçün 966 milyon dollar nəzərdə tutulub.
Daha əvvəl D.Şmıqal bəyan etmişdi ki, 2022-ci ildə Kiyev Qərb ölkələrindən 31 milyard dollardan çox pul alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]