Ukrayna cəbhə xəttindəki qoşunların rotasiyasına başlayıb
Bakı, 15 mart, AZƏRTAC
Ukrayna Silahlı Qüvvələri cəbhə xəttindəki qoşunların rotasiyasına başlayıb.
AZƏRTAC The Kyiv İndependent saytına istinadla xəbər verir ki, Silahlı Qüvvələrin baş komandanı Oleksandr Sırski bu barədə sosial media hesabında yazıb.
Onun sözlərinə görə, bütün cəbhə xətti boyu çətin vəziyyətin olmasına baxmayaraq, döyüş tapşırıqlarını yerinə yetirən birləşmələrin rotasiyası prosesinə başlanılıb. Sırski rotasiyanın döyüş meydanında vəziyyəti sabitləşdirməyə kömək edəcəyini və ukraynalı əsgərlərin mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərəcəyini vurğulayıb.
Ali Radanın bu ayın sonunda ölkənin səfərbərlik qaydalarını sərtləşdirən qanun layihəsini səsverməyə çıxaracağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:43]
Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb
- 14.10.2026 [12:33]
Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
- 14.10.2026 [12:26]
Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb
- 14.10.2026 [12:11]