Ukrayna jurnalisti: Azərbaycanın Zəfər Günü ukraynalıları öz qələbəsinə inanmağa ruhlandırır
Kiyev, 6 noyabr, AZƏRTAC
Azərbaycanın Zəfər Günü ukraynalıları öz qələbəsinə inanmağa ruhlandırır . Həmin vaxt, 2020-ci ildə Azərbaycan xalqı Şuşa şəhərinin işğaldan azad edilməsinə nail oldu və bu hadisə Qələbənin müjdəçisinə çevrildi.
Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində ukraynalı jurnalist Lesya Kesarçuk ifadə edib.
O qeyd edib ki, Azərbaycan öz ərazilərinin işğaldan azad edilməsi hüququnu daim müdafiə edib.
Ukraynalı jurnalist əlavə edib: “Ukrayna həmin vaxt Azərbaycan xalqı ilə həmrəy olub və bu, indi də davam edir. Azərbaycan otuz il ərzində öz suverenliyinin bərpa ediləcəyi günə hazırlaşırdı. Ukrayna və Azərbaycanın dramatik hadisələri oxşardır və tarixin qiymətli dərsinə çevrilir”.
Lesya Kesarçuk bildirib ki, Ukrayna xalqı göstərilən dəstəyə görə Azərbaycana minnətdardır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]