UKRAYNA NÜMAYƏNDƏ HEYƏTİ BAKIYA GƏLƏCƏK
Ukraynanın ailə, uşaq və gənclər nazirinin müavini İqor Pekarev başda olmaqla nümayəndə heyəti Bakıya gələcəkdir. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səfər zamanı “Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi ilə Ukraynanın Ailə, Uşaq və Gənclər Nazirliyi arasında əməkdaşlıq sahəsində tədbirlər planı”nın imzalanması nəzərdə tutulmuşdur. Sənədə müvafiq olaraq, Bakıda və Kiyevdə gənc rəssamların sərgilərinin təşkil edilməsi, Azərbaycan Gənclərin Problemlərinin Öyrənilməsi Mərkəzi və Ukrayna Dövlət Ailə və Gənclərin Problemləri İnstitutu arasında müştərək seminarların keçirilməsi, birgə nəşrlərin buraxılması, təcrübə mübadiləsi aparılması planlaşdırılır.