Ukrayna sərhədçiləri “vaqner”çilərin Belarus ərazisinə keçdiyini təsdiqləyib
Kiyev, 15 iyul, AZƏRTAC
Ukrayna sərhədçiləri Belarus ərazisində “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin ayrı-ayrı qruplarını qeydə alıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko məlumat verib.
“Hazırda mövcud olan məlumatlara görə, Rusiya ərazisini tərk edən özəl hərbi şirkətlərin müəyyən qrupları Belarusda müşahidə olunmağa başlayıb”, - deyə DSX-nın nümayəndəsi bildirib.
O qeyd edib ki, hazırda sərhədçilər muzdluların yerləşdirildiyi yeri və onların sayını dəqiqləşdirmək üçün vəziyyətə nəzarət edirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]