Ukrayna və Polşa prezidentləri NATO-nun Vilnüsdə keçiriləcək sammiti müzakirə ediblər
Kiyev, 9 iyul, AZƏRTAC
Ukrayna və Polşa prezidentləri Volodimir Zelenski və Anjey Duda NATO-nun Vilnüsdə keçiriləcək sammiti müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Zelenski tviter səhifəsində bildirib.
"Lutskda Anjey Duda ilə NATO-nun Vilnüsdə keçiriləcək sammiti haqqında qısa, lakin çox məzmunlu danışa bildik", - deyə Zelenski qeyd edib.
Zelenski vurğulayıb ki, liderlər Ukrayna üçün ən yaxşı nəticə əldə etmək məqsədilə birlikdə işləmək barədə razılığa gəliblər.
Qeyd edək ki, NATO-nun sammiti iyulun 11-12-də keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]