Ukraynada 500-dən artıq yaşayış məntəqəsi işıqsız qalıb
Kiyev, 12 mart, AZƏRTAC
Ukraynada qasırğa ilə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində 15 vilayətin 537 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayanıb.
AZƏRTAC Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, təkcə Kiyev vilayətində 168, Xmelnitsk vilayətində 102 yaşayış məntəqəsi işıqsız qalıb. Ukraynada fövqəladə vəziyyətin yaranmasına səbəb əsasən elektrik dirəklərinin aşması olub. Hazırda dövlət xidməti yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində işləri davam etdirir.
Qeyd edək ki, martın 11-də qeyri-sabit hava şəraiti nəticəsində Ukraynada iki nəfər həlak olub, 10-a yaxın insan xəsarət alıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [22:52]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:30]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [21:31]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [20:18]