Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
Bakı, 2 dekabr, AZƏRTAC
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sosial, mədəni və humanitar məsələlər üzrə komissiyasının Bakıda keçirilən iclasının iştirakçıları dekabrın 2-də Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn iclas iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə güllər qoyublar.
Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.