Ulu öndər Heydər Əliyevin Tbilisidəki büstü ziyarət olunub
Tbilisi, 28 may, AZƏRTAC
Gürcüstanda Azərbaycanın Respublika Günü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, AZEBİ-nin idarə heyətinin üzvləri, iş adamları və ictimaiyyət nümayəndələri, eləcə də İsraildən gəlmiş AZİZ-in prezidenti Lev Spivak, İsraildəki "Azərbaycan Evi"nin sədri Yeganə Salman və digər ictimaiyyət nümayəndələri Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi