Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndər və Azərbaycan kinosu

Ulu Öndər və Azərbaycan kinosu

Bakı, 10 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil alması, maariflənməsi, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir. Ulu Öndər elə siyasi rəhbərlərdən idi ki, onun əsas fəaliyyəti dövlət işləri ilə bağlı olsa da o, xalqımızın mədəniyyətinin yüksəlməsinə xüsusi diqqət yetirir, vaxt tapıb sənət adamları ilə görüşür, dostluq əlaqələri saxlayır, onların sənətini, yaradıcılığını yüksək qiymətləndirirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin elm və yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva söyləyib. O bildirib ki, görkəmli lider bu ənənəyə həm ölkəyə rəhbərlik etdiyi sovet dövründə, həm də müstəqillik illərində sadiq qalıb. Heydər Əliyevin incəsənətə olan sevgisi sadəcə sevgi deyildi, o, peşəkar sənətşünas kimi incəsənətin istənilən növünü ekspert səviyyəsində dəyərləndirərək təhlil edirdi. Ulu Öndərin incəsənətin digər növləri kimi kino sənətinə də çox böyük marağı vardı. Əbəs yerə deyil ki, Azərbaycan kinosunun inkişaf dövrü, məhz bu dahi şəxsiyyətin respublikaya rəhbərlik etdiyi illərə təsadüf edir. Fikrimizi əsaslandırmaq üçün Azərbaycan kino tarixinın bəzi fraqmentlərinə nəzər salaq.

Azərbaycanda Kino Günü nə az, nə çox - düz üç dəfə dəyişilib. Əvvəllər avqustun 27-ni SSRİ-nin Kino günü kimi qeyd edirdik. Milli kino tariximizin görkəmli xadimləri Cəmil Əlibəyli, Nazim Sadıqov, Həsən Seyidbəyli milli kinonun yaranmasının 60 illiyi ərəfəsində - 1976-cı ildə Azərbaycanın özünün kino tarixinin yaradılması ideyası ilə çıxış etdilər. Sovet rejiminin tüğyan etdiyi bir dövrdə bu ideyanı gerçəkləşdirmək, əlbəttə ki, müşkül bir hadisə idi. Lakin ideya müəllifləri maneələrin olmasına baxmayaraq, Heydər Əliyevin qətiyyətinə əmin idilər. Öz qeydlərində Aydın Kazımzadə yazırdı: “Məmməd Qurbanov Moskvadan “yox” cavabını aldıqdan sonra deyir: “Ümid qaldı respublikamızın başçısına. Əminəm ki, Heydər Əliyev yoldaş təşəbbüsümüzü bəyənəcək. Onun mədəniyyətimizə, mədəniyyət işçilərinə göstərdiyi qayğı hamımızın gözünün qabağındadır”. Məmməd Qurbanov və Həsən Seyidbəyli Ulu Öndərə məktub yazırlar. Qeyd edirlər ki, Azərbaycan kinosunun ilk nümunəsi “Neft və milyonlar səltənəti” filminin yaranmasından 60 il keçir. Bir müddətdən sonra xəbər gəlir: “Biz milli kinomuzun 60 illik yubileyini dövlət səviyyəsində, yoldaş Heydər Əliyevin iştirakı ilə keçirəcəyik. Mən bu gün onun yanında idim. O, bizim təklifimizi çox bəyəndi. Hətta kinomuzun ad gününü yüksək səviyyədə qeyd etmək üçün yubileyi 1976-cı ilin dekabr ayında keçirməyi məsləhət gördü, tədbirlər planına nəzarəti öz üzərinə götürdü. Digər əlaqədar təşkilatların rəhbərlərini də yanına çağırmışdı. Hamıya tapşırıqlar verdi. Özü də qeyd edir ki, bu yubiley bütün ölkəyə (Sovet İttifaqına) bir daha göstərəcəyik ki, Azərbaycanda kino hələ inqilabdan əvvəl mövcud idi, Azərbaycan hələ o vaxtlar da sivil ölkə olub...”

1976-cı ildə Heydər Əliyev “Azərbaycan kinosunun 60 illiyinin keçirilməsi ilə bağlı” qərar imzaladı. Azərbaycan kinosunun 60 illik yubileyinə hazırlıq işlərinin aparılması və keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq, Bakıda və Moskvanın Mərkəzi Kino evində Azərbaycan kino rəssamlarının işlərindən ibarət sərgi təşkil olundu. Bu fakt Ulu Öndərin kinonun bütün elementlərinə hörmət və qayğı ilə yanaşmasının təzahürü idi. Heydər Əliyev kino yaradıcılarının hər birinin - ssenari müəllifi, rejissor, operator, aktyor, bəstəkar, rəssam və digərlərinin əməyini yüksək dəyərləndirirdi.

Milli kinonun yaranma tarixi ilə bağlı Ümummilli Liderin fikirləri də maraqlıdır. Bu fakt, onun 1998-ci il mayın 2-də Azərbaycan kinematoqrafiyasının 100 illiyinə və “Festivallar festivalı”nın açılışına həsr olunmuş təntənəli gecədən sonra mərasim iştirakçıları qarşısında çıxışında da öz əksini tapmışdır: “Bu gün biz bir kəşf etdik. Azərbaycan kinosu 1898-ci ildən başlanır, onun yüz ili tamam olur... (Aleksandr Mişonun lentə aldığı Bibiheybətdə neft fontanının yanğını, “Əlahəzrət Buxara əmrini yolasalma mərasimi” adlı süjetlərin nümayişi idi) 2 avqust kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu gününün elan edilməsi idi. Elə biz də 1916-cı ili başlanğıc ili hesab edirdik... Lakin Azərbaycan kinosunun stajını - əgər belə demək olarsa, - on il, yaxud neçə il artırmaq ümumən heç də sadə bir məsələ deyildir. Bu o deməkdir ki, Azərbaycan sivilizasiyalı ölkədir, dünyada kino meydana çıxan kimi, o Azərbaycanda da peyda olmuşdur. Axı az-az ölkə tapılar ki, Avropada kino banilərinin kino yaratdıqları həmin vaxtdan bu ölkələrdə kino həqiqətən mövcud olmağa başlasın”.

S.Əliyeva qeyd edib ki, Ulu Öndərin kino və onun gənc nəslinin yetişdirilməsi, tərbiyələndirilməsi işi ilə bağlı düşüncələri də ibrətamizdir. Heydər Əliyev maraqlı və tarixi filmlərin çəkilməsinin vacib və zəruri məsələlərdən biri olduğunu xüsusilə vurğulayırdı: “Kino yaşayacaq, daha da inkişaf edəcəkdir. Siz kino sənəti adamları da hələ çox işlər görəcəksiniz. Elə düşünürəm ki, xalq sizdən çox şey gözləyir. Mən də”. Məhz bu məqsədlə o, tarixi filmlərin çəkilişini daha vacib sayırdı: “Tariximizi əks etdirən filmlər, məsələn, “Nəsimi”, yaxud da “Babək”, “Dədə Qorqud”, “Nizami” filmləri gözəl filmlərdir... Tariximizin hələ çox səhifələri var ki, onları kinoya salmaq lazımdır”.

Ulu Öndər qeyd edirdi: “Dədə Qorqud”un kinoya salınması tariximiz üçün nə qədər böyük hadisədir! Nə üçün? Çünki elə özümüzün içərisində də çoxları “Dədə Qorqud”u, Azərbaycan xalqının kökünü çoxları yaxşı bilmirlər. O əsəri oxumaq, onun dili də çox adam üçün çətindir, onu dərk etmək də çətindir. Amma kino elə bir vasitədir ki, gedib baxırsan, hər şey aydın olur”.

İkiseriyalı “Dədə Qorqud” film-dastanı (rejissor Tofiq Tağızadə) dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindən sayılan, Azərbaycan xalqının keçmişini vəsf edən “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında 1975-ci ildə çəkilib. Bu filmin ssenarisini yazarkən, yazıçı Anarın əsas məqsədi bütün dövrlər üçün aktual olan vətənpərvərlik ideyasını bugünkü tamaşaçılara aşılamaqdan ibarət olmuşdur.

Milli kino irsimizin dəyərli filmlərindən biri sayılan “Uzaq sahillərdə” bədii filminin çəkilməsində dahi liderin müstəsna rolunu qeyd etmək lazımdır. 50-ci illərin əvvəllərində Dövlət Təhlükəsizlik Komitəsində II Dünya müharibəsi dövründə kimin necə vuruşması, müharibədən yayınması, qəhrəmanlıq göstərməsi, hansı şəraitdə əsir düşməsi və yaxud bilərəkdən faşistlərin tərəfinə keçməsi, satqınlıq etməsi, legionda qulluq göstərməsi məsələləri gündəmə çıxarılmışdı. Təhlükəsizlik komitəsinin əməkdaşları, o cümlədən gənc Heydər Əliyev bu işlə məşğul idilər. Heydər Əliyev bu işlə məşğul olarkən təsadüfən Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə ilə bağlı materiallara rast gəlir. Əvvəlcə Mehdini belə təqdim etmişdilər ki, guya o da digər əsgərlər kimi əsir düşəndən sonra legionda faşistlərə xidmət edibmiş. İlkin məlumat belə bir fikir söyləməyə əsas verirmiş. Ona görə də Mehdi Hüseynzadə haqqında materiallar bu istiqamətdə hazırlanmışdı. Ancaq Vətənini, xalqını bütün varlığı ilə sevən Heydər Əliyev kimi şəxsiyyətlər bu cür mürəkkəb məsələyə üzdən baxa, insan taleyinə laqeyd qala bilməzdilər.

Məlum olur ki, Mehdi Hüseynzadə həqiqətən də əsir düşübmüş, faşistlərin yanında, legionda xidmətdə olubmuş. Lakin onun xidməti nədən ibarət idi? Bu sualın cavabını tapmaq məsələni düzgün həll edə bilərdi. Ümummilli Liderimiz həmin əhvalatı belə xatırlayır: “Uzaq sahillərdə” filmi Azərbaycan xalqına nə qədər şöhrət gətirdi! Mən bunu bir dəfə demişəm, ancaq fürsətdən istifadə edib, bir də demək istəyirəm ki, ümumiyyətlə, Mehdi Hüseynzadənin kəşf olunmasında mənim şəxsi xidmətim var... Xatirimdədir, təxminən 1956-1957-ci illər idi, bunları qəbul etmək istəmirdilər. Bizim işimizin istiqaməti ondan ibarət idi ki, düşmənləri tapaq - kim gedib legionda faşistlərə qulluq edib. Orada kim qəhrəmanlıq göstərib, - onları axtaran yox idi. Özü də düşmən arxasındakı qəhrəmanlar sonralar meydana çıxdı. Kimliyi üzə çıxarılandan sonra məlum oldu ki, Mehdi “Mixaylo” təxəllüsü ilə Yuqoslaviyada və Şimali İtaliyada Müqavimət Hərəkatında iştirak etmiş, məşhur partizan olmuşdur. “Uzaq sahillərdə” filmi 1958-ci ildə çəkilir. “Baharın 17 anı” isə 1973-cü ildə çəkilib”.

Zaman keçdikcə düşmən arxasındakı qəhrəmanlar üzə çıxmağa başladı. Ulu Öndərin uzaqgörənliyi burada da bir daha özünü təsdiq edir.

Yeni istiqamətli kino məhsulu 60-cı illərin ortalarından başlayaraq, respublikamızda rüşvətxorluğa, əxlaq normalarını pozanlara qarşı aparılan ardıcıl mübarizə, mənəvi və əxlaqi dəyərlərin təsdiqi ölkədə mənəvi ab-havanın dəyişməsinə, o cümlədən Azərbaycan kinematoqrafiyasına öz təsirini göstərdi və kinomuzda müsbət keyfiyyət dəyişikliklərinə səbəb oldu. Rejissor Rasim Ocaqovun çəkdiyi “İstintaq” filmi də yeni istiqamətli kino məhsullarından idi. Film nəinki Azərbaycanda, həm də bütövlükdə sovet kinematoqrafiyasında hadisəyə çevrildi. Təsadüfi deyil ki, sosial mövzuda çəkilmiş bu psixoloji dram 1980-ci ildə Düşənbədə keçirilən XIII Ümumittifaq kinofestivalında “Ən yaxşı bədii filmə görə” baş mükafatını aldı, 1981-ci ildə isə yaradıcı qrup SSRİ Dövlət Mükafatına layiq görüldü. Ümummilli Lider həmin hadisələri belə xatırlayır: “Bizim müasir dövrə aid filmlərin də çox böyük rolu oldu. Bilirsiniz, həm tariximizi, həm də müasir həyatımızı göstərmək lazımdır. Məsələn, “İstintaq” filmi xatirinizdədir. Sonralar bu mövzular açıldı, onlardan geniş danışıldı, bu mövzular əsasında ədəbi əsərlər yaratmağa başladılar, amma biz 1969-cu ildən etibarən, 70-ci illərdə korrupsiya ilə, rüşvətxorluqla, cürbəcür mənfi hallarla mübarizəni Azərbaycanda başladıq. Bu işlər Sovet İttifaqında ilk dəfə Azərbaycanda başlandı, biz bunun təşəbbüskarları olduq. O vaxtlar Sovet İttifaqında cəmiyyətimizin bu mənfi cəhəti ilə mübarizə məsələsini biz təşkil etdik və bunun da nəticəsi olaraq, məsələn, “İstintaq” filmi yarandı. Filmin nə cür çətinliklərlə yarandığını bilmirsiniz, ona mane olanlar vardı”. Ulu Öndər bu filmin yaranmasına nəinki kömək, həm də himayədarlıq etdi. Çünki o, 1969-cu ildən respublikanın rəhbəri kimi, siyasi xadim kimi apardığı siyasi işin, xəttin kinoda əksi idi. Çox maneələr yaranmışdı: “Belə şey olmaz, siz bununla göstərirsiniz ki, bəli, bizim inzibati orqanlarda, hüquq-mühafizə orqanlarında rüşvətxorlar var. Bu, ola bilməz, doğru deyildir, belə filmi buraxmaq olmaz”. Ulu Öndər isə mübarizə aparırdı. Ancaq o film göstəriləndən sonra həm Moskvadan, həm də başqa respublikalardan Heydər Əliyevə xeyli telefon zəngləri oldu ki, siz nə qədər böyük işlər görürsünüz. O işləri biz başqa vasitələrlə göstərə bilmirdik. Bu film ilə o işləri bütün dünyaya yaydı.

“Bu üç filmi diqqət mərkəzinə gətirməkdə əsas məqsədimiz ondan ibarət idi ki, 70 il ərzində milli kimliyini sovet ideologiyasından qoruyan yeganə lider məhz Heydər Əliyev olmuşdur. Bu filmlər vasitəsilə milli kimlik məsələsini də ortaya qoydu. Millətin yaşam tarixini, soyunu, kökünü, dürüstlüyünü dünyaya bəyan etdi. Hər üç filimdə Azərbaycan millətinin identifikasiya modelini aşkara çıxardı. Dilini, dinini fəlsəfəsini, sağlam təfəkkürünü, dövlətçilik siyasətini mahircəsinə təhlil edərək millətinin arxasında durmuş və ardınca aparmışdır.

Bu araşdırmalar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan milli kino irsinin zənginləşməsindəki xidmətlərini parlaq şəkildə əks etdirir. Bu gün milli kinomuz müasir tendensiyalara uyğun yeni mərhələsini yaşamaqdadır. Milli kinonun yeni inkişaf mərhələsi Ulu Öndərin vaxtilə həyata keçirdiyi kino siyasətinin konseptual ənənələri əsasında gerçəkləşməkdədir. Çox sevindirici haldır ki, bu iş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir”,- deyə Sədaqət Əliyeva fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub