Ulu Öndərin 100 illiyi münasibətilə rəsm sərgisi təşkil olunub
Bakı, 3 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi açılıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Nərmin Hümbətovanın tələbələri və 197 nömrəli tam orta məktəbin şagirdlərinin rəsm əsərləri nümayiş olunub. Mərkəzin əməkdaşları tərəfindən məktəblilərə Ulu Öndər Heydər Əliyevin həyatı və zəngin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilib.
Sərgidə təbiətdən bəhs edən rəsmlər, milli və müasir üslubda işlənmiş əsərlər, portretlər, dekorativ kompozisiyalardan ibarət rəsm işləri nümayiş olunub.
Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib.
Sərgidə iştirak edən şagirdlər diplomla təltif olunublar.