Ulu Öndərin Fəxri xiyabandakı məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilib
Bakı, 12 dekabr, AZƏRTAC
Ulu Öndər gənclərimizin inkişafı üçün çoxlu sayda tarixi sənədlərə imza atıb.
Bu sözləri ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümü günündə Fəxri xiyabana onun məzarını ziyarət etmək üçün gələn “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” Cəmiyyətin beynəlxalq əlaqələr üzrə katibi Cavid Rəhimov AZƏRTAC-a müsahibəsində söyləyib.
Cavid Rəhimov bildirib ki, ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.
Ümummilli lider Heydər Əliyev daim gənclərə diqqət və qayğı göstərib. Dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncliyi Ümummilli Liderin ideyalarının bəhrələrini görür və şübhəsiz, sabah da görəcəkdir.
Ulu Öndərin Fəxri xiyabandakı məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar Fəxri xiyabana gələrək ölkəmizin inkişafı üçün əvəzsiz xidmətlər göstərmiş dünya şöhrətli şəxsiyyətin xatirəsinə ehtiramlarını ifadə edirlər.
Allah ona rəhmət eləsin!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]