Ulu Öndərin xatirəsi Səudiyyə Ərəbistanında anılıb
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində də anılıb.
Səfirlikdən AZƏRTAC-a daxil olan məlumata görə, səfir Rasim Rzayev anma mərasimində çıxış edərək, Ulu Öndərin zəngin həyat yolu və fəaliyyətindən söhbət açıb, Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi müdrik siyasət barədə məlumat verib. Bildirilib ki, böyük liderin ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması, demokratik, hüquqi və dünyəvi dövlətə çevrilməsi, o cümlədən Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq, əməkdaşlıq münasibətlərinin inkişafında xüsusi xidmətləri var.
Anma tədbirində Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Sonda tədbir iştirakçıları Heydər Əliyevin zəngin həyat yolunu və fəaliyyətini əks etdirən foto-sərgi ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [16:33]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [14:45]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 08.08.2026 [23:48]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [21:54]