Azərbaycan Dövlət İnformasiya Agentliyi

ÜMUMMİLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN AD GÜNÜ ŞƏRƏFİNƏ MOSKVADA TƏNTƏNƏLİ GECƏ KEÇİRİLMİŞDİR

Xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi və siyasi xadim, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü şərəfinə ölkəmizin Rusiyadakı səfirliyində təntənəli gecə keçirilmişdir. Milyonlarla insanın qəlbində əbədi yaşayacaq ümummilli liderimizin ünvanına ən səmimi, ən xoş hörmət və ehtiram sözləri səsləndi. Elə həmin təntənəli gecədə faşizm üzərində böyük qələbənin 59-cu ildönümü də qeyd edildi.

Ümummilli liderimizin təşəbbüsü ilə əsası qoyulan ənənəyə uyğun olaraq, Heydər Əliyevi şəxsən tanıyan Rusiyanın yüksək vəzifəli hərbçiləri və görkəmli siyasətçiləri hər il mayın 10-da Moskvadakı səfirliyimizə toplaşırlar. Heydər Əliyev hər il bu görüşün iştirakçılarına təbrik məktubu göndərirdi. Bu dəfə onlara təbrik məktubunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ünvanlamışdır. Məktubda deyilir: “Hər il Qələbə gününü Azərbaycanın Moskvadakı səfirliyində qeyd etmək artıq ənənəyə çevrilmişdir. Həmin gün ümumi evimizə toplaşan ölkəmizin bütün dostlarını Azərbaycan Prezidentinin təbrik etməsi də ənənəvi olmuşdur. Sizin hamınızı, Azərbaycanda xidmət etmiş sərkərdələri, siyasətçiləri, diplomatları, elm və mədəniyyət xadimlərini, xalqlarımızın böyük əsgəri rəşadətini əziz tutanların hamısını Qələbə bayramı münasibətilə təbrik edirəm. Əminəm ki, görüşünüzdə siz faşizm üzərində qələbə qazanılmasında Bakı neftinin çox böyük rol oynadığını xüsusi qeyd edəcəksiniz. Sizin görüşünüz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir. O, bizim hər birimizin xatirəsində xalqımızın dahi oğlu kimi qalacaq, onun çox böyük əsəri olan Azərbaycan əsrlər boyu yaşayacaqdır. Son illər ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf etmək üçün yeni təkan almışdır. Siz Azərbaycan ilə Rusiya arasında strateji əməkdaşlığın – xalqlarımızın qarşılıqlı münasibətlərin səmərəli səviyyəsinə nail olmaq əzmini əks etdirən əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinin şahidlərisiniz. Əminəm ki, müharibə illərinin sərt sınaqlarından çıxan dostluğumuz bundan sonra da ülvi xeyirxahlıq və sülh amallarına xidmət edəcəkdir”.

Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev gecəni açaraq, ümummilli liderimiz Heydər Əliyevin nurlu xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasıni təklif etdi. Sonra çıxış edən səfir dedi ki, faşizm üzərində Qələbə günü Müstəqil Dövlətlər Birliyinin bütün ölkələri üçün əziz bayramdır. O xatırlatdı ki, Azərbaycan səfirliyində bu böyük bayramın keçirilməsi ideyası ümummilli liderimiz Heydər Əliyevə məxsusdur. Səfir vurğuladı ki, hər belə görüşdən sonra Prezident Heydər Əliyev ona zəng vurur və görüşün necə keçməsi ilə, iştirakçılardan hər birinin özünü necə hiss etməsi ilə maraqlanırdı. Axı, o, hamını şəxsən tanıyır və xatırlayırdı. R.Rizayev dedi: “Biz çox təəssüflənirik ki, Heydər Əliyev bu gün bizimlə deyildir. Lakin onun siyasəti davam etdirilir, çünki Azərbaycan xalqı onun siyasi varisi İlham Əliyevi özünə yekdilliklə Prezident seçmişdir”.

Gecədə çıxış edən natiqlər dedilər ki, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin doğum günündə onun əfsanəvi həyatı, siyasət meydanında parlaq qələbələri, ən çətin vaxtlarda qəbul etdiyi müdrik və qeyri-standart qərarlar ehtiramla xatırlanır. Onlar bildirdilər ki, hələ Azərbaycanda xidmət etdikləri illərdə Heydər Əliyevin nəinki Böyük Vətən müharibəsi veteranlarının, hərbçilərin, həm də sadə insanların problemlərinə çox diqqətlə yanaşdığını görüb layiqincə qiymətləndirirdilər. Gecənin iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli siyasi xadimin xəttini, əsasını qoyduğu ənənələri davam etdirməsini yüksək qiymətləndirdilər. Belə bir fikir də dəfələrlə səsləndi ki, Böyük Vətən müharibəsində faşizm üzərində qələbəni Sovet İttifaqının bütün xalqları birgə təmin etmişdilər, lakin bu qələbəyə Azərbaycan, onun nefti xüsusi töhfə vermiş, Azərbaycanın yüz minlərlə övladı döyüş meydanında qəhrəmancasına həlak olmuşdur.

Ordu generalı K.Koçetov çıxışında həmin dövrdə Zaqafqaziya Hərbi Dairəsi Hərbi Şurasının üzvü olan Heydər Əliyevin rəhbərliyi altında xidmət etdiyini xatırlayaraq dedi: “Mən nəinki Azərbaycan xalqının, böyük Azərbaycanın, həm də bütün Sovet dövlətinin bu görkəmli xadimi ilə görüşlərimi xatırlayıram. O, ölkəmizin qüdrətli olması və tərəqqisi üçün çox işlər görmüşdür. O, həm də Rusiya-Azərbaycan dostluğunun təcəssümü olmuşdur və indi bu ənənəni iki dost dövlətin prezidentləri davam etdirirlər”. K.Koçetov Azərbaycanın yeni Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizə böyük uğurlar arzuladı.

RF Təhlükəsizlik Şurasının sabiq katibi V.Ruşaylo vurğuladı ki, bu gün səfirliyə gələn insanları bir-biri ilə xatirə və ənənələr, ilk növbədə, hazırda bizə yaşamaq imkanı vermiş insanların xatirəsi birləşdirir.

Ordu generalı S.Lebedev Azərbaycanın dahi oğlu Heydər Əliyevi yaxşı tanıdığını, onun xalqlarımız arasında qardaşlıq münasibətlərinin, dostluğun həmişə sarsılmaz tərəfdarı olduğunu, sülhün və təhlükəsizliyin keşiyində həmişə qətiyyətlə dayandığını vurğuladı.

Görüşün sonunda ehtiyatda olan general-polkovnik Aleksandr Kovtunov səfirlikdə ənənəvi qəbulun iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu. Məktubda deyilir ki, qonaqpərvər səfirlikdə keçirilən dostluq görüşləri çoxdan bəri gözəl ənənəyə çevrilmişdir və bunun əsası Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuşdur. Sovet Azərbaycanının sosial-iqtisadi və mədəni tərəqqisi də indiki müstəqil Azərbaycan Respublikasının dirçəlişi və möhkəmlənməsi də onun adı ilə bağlıdır. Bu gün biz dərin iftixar hissi ilə qeyd edirik ki, Heydər Əliyev nəinki Azərbaycanın, həm də Rusiyanın şanlı tarixinin bir hissəsidir. O, ömrünün ən yaxşı illərini Rusiyanın qüdrət və əzəmətinin möhkəmlənməsinə həsr etmişdir. Rusiya-Azərbaycan münasibətlərinin həqiqətən dirçəlməsi, bu münasibətlərin qarşılıqlı hörmət, qardaşcasına qarşılıqlı fəaliyyət və əməkdaşlıq ab-havası ilə dolğunlaşması da onun adı ilə bağlıdır. Biz əminik ki, müstəqil Azərbaycanın başçısı vəzifəsində Sizin fəaliyyətiniz ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Qoy, dost Azərbaycanın Prezidenti vəzifəsində Sizin fəaliyyətiniz Azərbaycanın daha yaxşı gələcəyi, qardaş Azərbaycan xalqının tərəqqisi və firavanlığı, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi naminə parlaq nailiyyətlərlə əlamətdar olsun.

Təntənəli qəbulda RF xarici işlər nazirinin müavini V.Loşşinin, tanınmış Rusiya hüquqşünası M.Baqlay, Rusiyanın keçmiş müdafiə naziri İ.Rodionov, Dövlət Dumasının deputatları, habelə Moskvadakı Azərbaycan diasporunun nümayəndələri də iştirak edirdilər.

Rəsmi hissədən sonra Azərbaycan və Rusiyanın mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

Baş Prokurorluq Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı məlumat yayıb – YENİLƏNİB 2

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Media Forumu: Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu PANEL İCLAS

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır VİDEO

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır VİDEO

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər