Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümummilli Lider Heydər Əliyev Azərbaycan əqli mülkiyyət sisteminin yaradıcısıdır – konfrans

Bakı, 5 may, AZƏRTAC

Mayın 5-də Əqli Mülkiyyət Agentliyində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ümummilli Lider Heydər Əliyev Azərbaycan əqli mülkiyyət sisteminin yaradıcısıdır” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib. Tədbiri açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, Ulu Öndər fenomenini, Heydər Əliyev böyüklüyünü, onun bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz - onun müasirləri acizik və yalnız illər, qərinələr ötəndən sonra bu tarixi şəxsiyyətin vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman özü verəcək. Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır.

Heydər Əliyev dühasının sovet müəlliflik hüququnu inzibati-amirlik sisteminə xidmət edən, müəlliflərin xeyrindən daha çox onların mənafeyinə zidd olan “əsərlərdən istifadə hüququ”, yaradıcılığa sipər çəkən amil kimi təsəvvür etdiyini qeyd edən K.İmanov Ulu Öndərin yaradıcılıq sərbəstliyi və dövlət müdaxiləsi arasında olan qeyri-bərabər vəziyyəti aradan qaldıraraq, “müəllif öz əsərinin sahibkarı yox, ancaq müəllifidir” prinsipinin dağıdılmasının təşəbbüskarı olduğunu diqqətə çatdırıb.

O, Heydər Əliyevin müəlliflərə və yaradıcı şəxslərə onların şəxsi hüquqları ilə yanaşı, əmlak (iqtisadi) hüquqlarını da qaytararaq yaradıcılığın həvəsləndirilməsinə, mədəni irsin zənginləşdirilməsinə əsas yaratdığını, müəllifin iradəsinin muxtariyyətini bərpa etdirərək və əsərdən istifadəyə müəllif icazəsini ön plana çəkdirərək gələcək müəlliflik hüququna əsaslanan “mədəni (kreativ)” sənayenin təməl daşını qoyduğunu bildirib.

K.İmanov sovet patent sistemində də yaradıcının sıxıldığını söyləyərək ixtiraçının patent hüququnun sahibi deyil, o yalnız ixtiraçı olduğunu və heç təsadüfi deyil ki, ozamankı qanunvericiliyin patent haqqında yox, ixtiraçı fəaliyyəti haqqında olduğunu vurğulayıb. Bu xoşagəlməz vəziyyəti Ulu Öndərin uzaqgörənliyi aradan qaldırdı, patent haqqında qanun qəbul edildi və ixtiraçının hüquqları bərpa olunmaqla, yenilikçiliyə, innovasiyaya yol açıldı.

Heydər Əliyevin uzaqgörənliyinin nəticəsidir ki, Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Bern Konvensiyası, Cenevrə Konvensiyası, Roma Konvensiyası, İnternet müəllif-hüquq müqavilələrində və digər mötəbər beynəlxalq təsisatlarda və qurumlarda fəal iştirak edir, ÜƏMT-nin diplomatik konfranslarında rəhbər orqanlara seçilir. Təsadüfi deyil ki, Azərbaycan ÜƏMT-nin 190 üzv-dövlət sırasından dəfələrlə bu təşkilatın fəaliyyətini əlaqələndirən Koordinasiya Komitəsinin üzvü seçilib. Həmçinin Azərbaycan nümayəndəsi 150-dən artıq dövləti birləşdirən məşhur Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası Assambleyasının sədr müavini, sonra isə sədri seçilib. Hazırda isə ölkəmizin nümayəndəsi ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsinin Assambleyasının sədridir.

K.İmanov xüsusilə qeyd edib ki, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində yaradılan, müəllifi olan milli əqli mülkiyyət sistemi Prezident İlham Əliyevin yaradıcılıqla keçirilən varislik xəttində, səyləri və dəstəyi ilə uğurla inkişaf edir. Belə ki, 2018-ci ildə ölkəmizdə aparılan struktur və iqtisadi islahatlar çərçivəsində əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər həyata keçirilib, Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Prezident İlham Əliyevin həyata keçirdiyi institusional islahatlar çərçivəsində uzun illər bir-birindən ayrılıqda fəaliyyət göstərən sənaye mülkiyyətinin və müəlliflik hüququnun bir örtük altında birləşdirilərək, Əqli Mülkiyyət Agentliyinin yaradılması dövlətimizin başçısının bu sahəyə olan diqqət və qayğısının növbəti təzahürüdür. Məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir.

Sonra Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayət Həsənlinin “Müstəqil Azərbaycanın əqli mülkiyyət sisteminin yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda məruzəsi dinlənilib. O, Ulu Öndərin əqli mülkiyyətə, əqli mülkiyyətin yaradıcılarına, əqli mülkiyyətin qorunub saxlanmasında əməyi olan hər bir şəxsə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. Məhz bu qayğının nəticəsində Agentlik qonorar toplayan ictimai birlik statusundan mərkəzi icra hakimiyyəti orqanı statusunda fəaliyyət göstərən dövlət qurumuna çevrilib. Bu gün biz Əqli Mülkiyyət Agentliyində çalışmağımızı böyük qürur və fəxr hissi ilə deyə bilərik.

X.Həsənli Ulu Öndərin əqli mülkiyyətə böyük diqqət yetirdiyini, Azərbaycan mədəniyyətinin inkişafına qayğı göstərdiyini, Azərbaycan mədəniyyətini və ədəbiyyatını ümumiyyətlə intellektual mülkiyyət kimi xarakterizə etdiyini vurğulayaraq Heydər Əliyevin sözlərini xatırladıb: “Bu gün müstəqillikdən danışarkən ədəbiyyatımızın xalqımız üçün nə qədər zəngin sərvət olduğunu qeyd etmək lazımdır. Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir”.

Daha sonra çıxış edən Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktorunun 1-ci müavini, direktorun vəzifəsini icra edən Mübariz Məmmədli dərin intellekt, yüksək mədəniyyət, planetar düşüncə, misli görünməmiş enerji və yaradıcılıq qabiliyyətinə görə dünya siyasət tarixinin ən parlaq simalarından olan Heydər Əliyevin azərbaycanlı olmasından şərəf və qürur duyduğunu bildirib. O vurğulayıb ki, müsəlman Şərqində demokratik respublika anlayışı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə formalaşmağa başlasa da, uzun illər ərzində bu siyasi kontent unutdurulub, müstəqil milli dövlətçilik ənənələrinə qadağalar tətbiq edilib. Bu neqativ proseslərin qarşısı Heydər Əliyev respublika rəhbərliyində olduğu 1969-1982-ci illərdə və sonradan, 1993-cü ildən başlayaraq ikinci dəfə Azərbaycanın dövlət başçısı kimi fəaliyyəti illərində alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub