Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümummilli lider Heydər Əliyev türkdilli xalqların ədəbiyyatı və mədəniyyətinin ən böyük hamisi kimi

Bakı, 13 aprel (AZƏRTAC). Türkdilli xalqlar ən qədim zamanlardan Avrasiya məkanının çox böyük hissəsində yaşayaraq bəşər mədəniyyətinə misilsiz töhfələr vermiş, onu daim zənginləşdirmişlər. Tarix boyu türk xalqları təcavüzlərlə, bəzən varlıqlarını təhlükə altına alan müharibələrlə qarşılaşmışlar. Lakin xalqlarımızın dərin qədim tarixi köklərlə, mənəvi tellərlə bir-birinə bağlılığı onları zamanın bütün sınaqlarından qalibiyyətlə çıxarmışdır.

Çoxəsrlik tariximizdə türkdilli xalqları yaşadan, türk dünyası vəhdətini qoruyub saxlayan ən əsas bağlar ortaq mədəniyyətimiz və ədəbiyyatımızdır desək, yanılmarıq. Çünki türkdilli xalqlar tarix boyu insan fəaliyyətinin bütün sahələrində öz istedadlarını, biliklərini, bacarıqlarını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, tarixi-memarlıq abidələri, bədii əsərləri, musiqiləri ilə bəşər tarixinə parlaq səhifələr yazmışlar. Bu tarixi uğurlarda türk xalqlarının şairlərinin və yazıçılarının xidməti çox böyükdür.

Digər tərəfdən, artıq bəşər tarixi sübut etmişdir ki, hər bir xalqın milli-mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Türk xalqlarının əvəzsiz mənəvi sərvəti olan ortaq dilimizi isə yaşadan və inkişaf etdirən şairlərimiz, yazıçılarımızdır. Təsadüfi deyildir ki, biz türkdilli xalqların böyük mədəniyyəti haqqında danışarkən ilk növbədə onların yaratdıqları bədii əsərlərə istinad edir, nümunələr gətirir və təbliğ edirik. “Kitabi-Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu” dastanları, dahi Nizami Gəncəvi, Yunus İmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay Kunanbayev və s. kimi söz sərraflarının əsərləri türkdilli xalqları dünyada tanıtmış və onların yaratdıqları sənət inciləri nəsildən-nəslə türk övladını milli-mənəvi, həmçinin ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, vətənpərvərlik hisslərini daim gücləndirmişdir.

Məlumdur ki, artıq bizi 13 illik zaman məsafəsi ayıran XX əsr bütövlükdə dünya tarixində çox mürəkkəb, ziddiyyətli, gərgin proseslər dövrü olmuşdur. Əsrin ictimai-siyasi hadisələri, o cümlədən xalqların həyatında ictimai oyanış, ABŞ-ın və Avropanın iri dövlətlərinin Avrasiya məkanı üzrə siyasəti, Birinci Dünya müharibəsi, qırmızı Sovet imperiyası, bu imperiyanın kütləvi həbslər, sürgünlərlə müşayiət edilən repressiyaları, soyuq müharibə illəri, SSRİ-nin dağılması türk dünyasına təsirsiz ötməmişdir.

Bu arada bir maraqlı məqamı-türk dünyasının ötən əsrdə yetişdirib tarix səhnəsinə çıxardığı dahi şəxsiyyətlər - Mustafa Kamal Atatürk və Heydər Əliyev kimi liderlərin hadisələrin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərə bilmək bacarıqlarını, dünya tarixinə yeni parlaq səhifələri yazmaq istedadlarını xüsusi qeyd etmək yerinə düşər.

Uca Tanrının ona bəxş etdiyi nadir keyfiyyətlər sayəsində ümummilli liderimiz Heydər Əliyev tarixi hadisələrin gedişini irəlicədən görə bilmiş, olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən anda əsl vətənpərvərlik mövqeyi nümayiş etdirmişdir. Türk xalqlarının birliyini möhkəmləndirmək, mənəvi körpüləri qorumaq, milli kökə qayıdış, ortaq dəyərlərimizi birləşdirmək ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədlərindən olmuşdur. Ulu öndər belə bir müqəddəs məramını həyata keçirməkdə şairlərin və yazıçıların rolunu xüsusi qiymətləndirmişdir. Təsadüfi deyildir ki, o, türk xalqları yazıçılarının 1996-cı ildə Bakıda keçirilən qurultayında demişdir: “Ancaq mənim tövsiyəm ondan ibarət olardı ki, bizim xalqlarımızın bir-biri ilə daha da yaxınlaşması üçün, bir-birini bilavasitə daha da anlaşması üçün, dillərimizin inkişaf etməsi üçün və bir kökdən olan dillərimizin bir-birinə daha da yaxınlaşması üçün yazıçılar öz xidmətlərini göstərsinlər. Bizim dillərimiz bir kökə mənsubdur və bir-birimizi anlayırıq. Ancaq yaxşı olardı ki, dediyim bu sözləri mənim özbək, qırğız, qazax qardaşlarım da azərbaycanlı kimi anlasınlar və eyni zamanda bu qurultayda Başqırdıstandan, Qırğızıstandan olan yazıçıların çıxışlarını bizim azərbaycanlılar da tamam anlaya bilsinlər”.

İstər sovet, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ulu öndər Heydər Əliyev türkdilli xalqlar arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Ağır sovet sistemi şəraitində işləməsinə baxmayaraq ümummilli liderin fəaliyyətində türk dünyası ilə əlaqələrin qurulması və genişləndirilməsi mühüm yet tutmuşdur. Bu fəaliyyət mövcud şəraitə uyğun olaraq ehtiyatla, məharətlə və uğurla həyata keçirilmişdir. Məhz ümummilli liderimizin SSRİ rəhbərliyinə tövsiyəsi ilə Azərbaycan ilə qonşu türkdilli respublikalar, o cümlədən Özbəkistan, Qazaxıstan, Başqırdıstan və başqaları arasında ədəbi-mədəni əlaqələr inkişaf etmiş, mədəniyyət günləri, yubileylər, konsertlər və digər tədbirlər keçirilmişdir. Bütün bu tədbirlər xalqların bir-birinə yaxınlaşmasında, milli oyanışında mühüm rol oynamışdır. Xalqlar öz tarixi keçmişləri və gələcək inkişafı haqqında düşünmüşlər ki, bu da türk dünyasının birləşməsi yolunda geniş strateji fəaliyyətin tərkib hissələrindən biri olmuşdur.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda türkologiya sahəsində elmi araşdırmaların aparılmasına, türk yazılı abidələrinin qorunmasına, tərcüməsinə və xalq arasında təbliğinə şərait yaradılmış, türkoloqlara dövlət qayğısı göstərilmişdir. Türkdilli abidələrə ekran həyatı verilməsinə təşəbbüs edən ümummilli liderin qayğısı altında türk dünyasının möhtəşəm abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı əsasında “Dədə Qorqud” bədii filmi çəkilmişdir.

Ulu öndərin türk dünyasına diqqət və qayğısı böyük türkçü, turançı mütəfəkkir Hüseyn Cavidə münasibətində də özünü göstərmişdir. Onun nəşinin uzaq Sibirdən Azərbaycana köçürülməsi sovet sistemində xeyli çətin, mürəkkəb bir iş olsa da, ümummilli lider Heydər Əliyev bu tarixi missiyasını böyük uğurla başa çatdırmışdır.

Heydər Əliyev öz fəaliyyətində Azərbaycan, Türkiyə, türk və müsəlman dünyasına daha geniş baxaraq onları vəhdətdə görmüşdür. Ulu öndərin təşəbbüsü ilə Azərbaycanda qazax şairi Abay Kunanbayevin 125, özbək ədəbiyyatının klassiki, mənşəcə azərbaycanlı olan Maqsud Şeyxzadənin 70 illik yubileyləri təntənə ilə keçirilmişdir.

XX əsrin 70-80-ci illərində Azərbaycanda yaşayan Ahısxa türklərinin ali təhsil almalarında, onlardan ixtisaslı kadrların hazırlanmasında, həyat şəraitlərinin yaxşılaşdırılmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolu olmuşdur.

Hətta dahi siyasətçi SSRİ hökumətinin xarici siyasi maraqlarından da məharətlə istifadə etmişdir. Ulu öndərin İraq türkmənləri ilə əlaqələrin qurulmasına dair SSRİ rəhbərliyinə tövsiyələri İraq türkmənlərindən Azərbaycana tələbə mübadiləsi ilə reallaşmış və sonralar daha da genişlənmişdir.

Heydər Əliyev Türkiyə ilə mədəni əlaqələrin genişlənməsinə, rəsmi qonaqların ən yüksək səviyyədə qarşılanmasına, Azərbaycan şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin Türkiyəyə səfərlərinin müntəzəm xarakter almasına, elmi-tarixi, bədii ədəbiyyatın qarşılıqlı mübadiləsinə nail olmuşdur. Onun hakimiyyəti dövründə türkiyəli aktyor Azərbaycanın opera səhnəsində rol ifa etmişdir. “Soyuq müharibə” illərində SSRİ-Türkiyə münasibətlərində olan problemlərə baxmayaraq, Azərbaycan və Türkiyə mətbuatında hər iki tərəf haqqında xoş məramlı məqalələr, o cümlədən səfər təəssüratları dərc edilmişdir.

Azərbaycan, həmçinin SSRİ-yə daxil olan digər türkdilli respublikalar dövlət müstəqilliyi əldə etdikdən sonra bu əlaqələr daha da genişlənmiş və möhkəmlənmişdir. Ulu öndər Heydər Əliyev 1996-cı ildə türk yazıçılarının üçüncü qurultayının ölkəmizdə keçirilməsini əlamətdar hadisə hesab etmiş və bunu Azərbaycan Respublikasına, xalqına olan hörmət və ehtiramın təzahürü kimi çox yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, xalqlarımızın mədəniyyəti, ədəbiyyatı, şeiri bir çox məhrumiyyətlərə, çətinliklərə məruz qalmışdır. Bu çətinliklər tarixin, ola bilər ki, bəzən çox böyük mərhələlərində mədəniyyətimizə zərbələr vurmuş, ancaq mədəniyyətimizi, ədəbiyyatımızı, şeirimizi məhv edə bilməmişdir. Türkdilli xalqların bütün bu çətinliklərdən, sınaqlardan çıxmış mədəniyyəti, ədəbiyyatı, şeiri indi dünyada, bəşəriyyətdə özünəməxsus görkəmli yerini tutmuşdur. Ulu öndər “Kitabi-Dədə Qorqud”un 1300, “Manas”ın 1000, böyük qazax şairi, filosofu Abayın 150, Özbəkistanın böyük dövlət xadimi, türk dünyasının böyük şəxsiyyəti Əmir Teymurun 660, Azərbaycan şairi, eyni zamanda, bütün türk dünyasına mənsub olan Məhəmməd Füzulinin 500 illik yubileyinin türkdilli dövlətlərin bir yerdə qeyd etmələrini böyük tarixi hadisələr kimi çox yüksək qiymətləndirmişdir.

Ümummilli lider Heydər Əliyev türk xalqlarının əlaqələrinin möhkəmlənməsi yolunda atılan bütün addımları yüksək qiymətləndirmiş, fəaliyyəti boyu müvafiq istiqamətdə keçirilən tədbirlərin təşəbbüskarı, təşkilatçısı, iştirakçısı olmuşdur. O, TÜRKSOY Beynəlxalq təşkilatının Bakıda keçirilən 8-ci toplantısında təşkilatın yarandığı vaxtdan məhsuldar fəaliyyətini xüsusilə qeyd etmişdir. Bildirmişdir ki, TÜRKSOY xalqlarımız üçün daha çox iş görə bilər. Mədəniyyət, ədəbiyyat vasitəsilə bu əlaqələri daha da genişləndirmək xalqlarımız üçün çox lazımdır, zəruridir.

Ümummilli lider Heydər Əliyevin hazırladığı neft strategiyasının bəhrəsi olan “Əsrin müqaviləsi”nin imzalanmasında da Azərbaycanın maraqlarının qorunması ilə yanaşı, türk birliyinin mənafe və mövqeyi qətiyyətlə nəzərə alınmışdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişində daim Türkiyə ilə eyni maraqları bölüşən Azərbaycan layihələrin gerçəkləşməsində də iki dost, qardaş xalqın mövqeyini qətiyyətlə dəstəkləmişdir.

Ümummilli lider Heydər Əliyev Dünya azərbaycanlılarının birinci qurultayını təşkil etməklə təkcə Azərbaycan xalqının deyil, bütünlükdə türk dünyasının lideri kimi tarixi missiyanı həyata keçirmişdir.

Hansı sosial-iqtisadi, ideoloji sistemin mövcudluğundan asılı olmayaraq ulu öndər Heydər Əliyevin fəaliyyəti türk xalqları arasında əlaqələrin konkret şəraitdə inkişafına xidmət etdiyindən böyük tarixi əhəmiyyət daşımışdır.

Bu gün eyni məqsəd və məram əqidəsinə sadiqliyi ilə hörmət və ehtiram qazanmış ulu öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən ləyaqətlə yerinə yetirilir. Təsadüfi deyildir ki, günbəgün türkdilli xalqların yazıçıları bir-birinə yaxınlaşır, kömək edir, xalqlarımızın ədəbiyyatını, mədəniyyətini, keçmişini, bu gününü daha geniş təhlil edib yeni-yeni dəyərli əsərlər yaradırlar.

Əhməd Məmmədov

AZƏRTAC-ın müxbiri

 

Yazı AZƏRTAC-ın ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə elan etdiyi analitik məqalə müsabiqəsinə təqdim etmək üçündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib