CƏMİYYƏT
Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi yad edilib
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstanın ətraf mühit və su ehtiyatları naziri İvelina Vasilevanın başçılıq etdiyi, nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, onun məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə tər çiçəklər düzülüb.
Sonra qonaqlar Şəhidlər xiyabanına gedib orada ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” memorialı önünə əklil qoyublar.
Bakının ən yüksək nöqtəsindən Azərbaycan paytaxtının panoramını seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan abadlıq işləri barədə məlumat verilib.