ÜMUMMİLLİ LİDERİMİZİN ADI ƏBƏDİLƏŞİR
Universitetin prorektoru Tofiq Qasımov Azərbaycanı müstəqilliyə aparan yoldakı mübarizədən, dahi şəxsiyyət Heydər Əliyevin bu sahədəki xidmətlərindən ətraflı bəhs etmişdir.
T. Qasımov müstəqilliyimizin bərpasından sonra Azərbaycanın yenə parçalanmaq təhlükəsi ilə üzləşdiyini xatırlatdı, vurğuladı ki, əgər Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasaydı başımız bəlalar çəkəcək, xalqımız müsibətlərlə üzləşəcəkdi. Bu dahi şəxsiyyətin müdrikliyi, uzaqgörənliyi bizi bəlalardan xilas etdi. Bu gün Azərbaycanın sosial, iqtisadi, siyasi sahələrdəki nailiyyətlərindən fərəhlə danışa bilərik. İqtisadiyyatımız uğurla inkişaf edir, gələcəyimizlə bağlı böyük dövlət proqramları həyata keçirilir. Bunların hamısı məhz onun gərgin əməyinin bəhrəsidir.
Universitetin xarici əlaqələr üzrə prorektoru, professor Qəhrəman Binnətli isə Azərbaycanın iqtisadiyatının, mədəniyyətinin inkişafında Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır. O, bildirmişdir ki, dahi şəxsiyyət ömrünü müasir Azərbaycanın çıçəklənməsinə həsr etmişdir. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Prezident Heydər Əliyev ölkəni vətəndaş qarşıdurmasından xilas etmişdir.
Tələbə həmkarlar təşkilatının sədri İsrafil Məmmədov və başqaları çıxış edərək xalqımızın ümumilli lideri Heydər Əliyevin adının əbədiləşdirilməsi haqqında öz təkliflərini səsləndirdilər.
Yığıncağın sonunda yeni təkliflərin müvafiq dövlət komissiyasına göndərilməsi qərara alınmışdır.