Ümummilli Liderin anım günü ilə əlaqədar TƏBİB-in kollektivi Fəxri xiyabanı ziyarət edib
Bakı, 12 dekabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, icraçı direktorun müavinləri və müşavirləri, eləcə də struktur bölmə rəhbərlərinin, tabeli tibb müəssisələrinin direktorlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyaban ziyarət olunub.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb, məzarı önünə gül dəstələri düzülüb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə güllər düzülüb.