UNİBANK AL KART LAYİHƏSİNİ UĞURLA HƏYATA KEÇİRİR
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, potensial borcgötürən proseduru asanlaşdırmaq üçün müvafiq blankı üç yolla – şəxsən bankda, onun 5 filialından birində, www.alkart.az saytında on-line rejimində doldurub, sifariş blankını filialın resepşn xidmətində alır.
UniBankın menecmenti müştəri xidməti təcrübəsini daim təkmilləşdirərək, gələcəkdə sifarişləri UniBankın Call-Center sorğu xidməti vasitəsilə telefonla doldurmaq təcrübəsini tətbiq etməyi qərara almışdır.
Qeyd edək ki, UniBank Al Kart brendini iyulun 3-də təqdim etmişdir. Bu ad altında yeni məhsul – kredit kartı buraxılmışdır. Layihə bütövlükdə “Nə istəsən al” devizi altında keçirilir.
Hazırda layihə çərçivəsində Bankın müştəriləri Al Kartı 500-3000 ABŞ dolları, yaxud Azərbaycan manatı arasında kredit xətti ilə almaq imkanı əldə edirlər. Bu kredit illik 26 faizlə verilir.
Kredit üzrə faizlər istifadə olunmuş məbləğin üstünə hesablanır. Faizlər hər yeni ayın 6-da hesablanır ki, bu da kredit xəttinin vəsaitindən müddəti 30 təqvim gününə çatan güzəştli dövrdə tamamilə pulsuz istifadə etmək imkanı verir.
Bundan əlavə, Al Kartı alan müştəri öz vəsaiti ilə karta hesab açmaq imkanı əldə edir. Bu halda UniBank kart hesabının depozit məbləğinə illik 5 faiz əlavə etməyi öhdəsinə götürür.
Kart bir il müddətinə verilir. Al Kartdan həm ölkə daxilində, həm də xaricdə istifadə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]