“Union Berlin” klubu "Çelsi"dən Datro Fofananı icarəyə götürdüyünü açıqlayıb
Bakı, 11 iyul, AZƏRTAC
"Union Berlin" klubu "Çelsi"nin 20 yaşlı Kot-d’İvuardan olan hücumçusu Datro Fofana ilə bir mövsümlük icarə müqaviləsinin imzalandığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Fofana cari ilin qış mövsümündə Norveçin “Molde” klubundan London klubuna keçib. “Transfermarkt” portalının məlumatına əsasən, o vaxt sövdələşmənin məbləği 12 milyon avro təşkil edib. Fofana “Çelsi”nin əsas tərkibində dörd oyunda iştirak edib.
“Molde” hücumçunun karyerasında ilk Avropa klubu olub. Bu komanda ilə birlikdə Fofana Norveç çempionatını və Norveç Kubokunu udub.
Xatırladaq ki, Bundesliqanın 2022/2023 mövsümünün nəticələrinə görə, “Union” turnir cədvəlində dördüncü yerdə olub və növbəti mövsümdə Çempionlar Liqasında oynayacaq. İngiltərə Premyer Liqasında 12-ci yerdə olan “Çelsi” Avropa Kuboku turnirlərinin heç birində iştirak etməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:14]
Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
- 19.06.2026 [10:52]
Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb
- 19.06.2026 [10:41]
“Səbail” yeni baş məşqçisini açıqlayıb
- 19.06.2026 [05:30]
Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib
- 19.06.2026 [01:02]
Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib
- 18.06.2026 [22:06]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]