“Ürəklər”iniz ilə koronavirusla mübarizəyə dəstək olun!
Bakı, 23 mart, AZƏRTAC
Son günlər ölkədə iri holdinq və şirkətlər kimi əhali də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr etmək istəyir.
“Kapital Bank”dan AZƏRTAC-a bildiriblər ki, bunu nəzərə alaraq “BirBank” mobil tətbiqində yeni funksiya təqdim edilib. Belə ki, tətbiq istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini dəstək fonduna ianə formasında “xərcləyə” bilərlər.
Fondun ianə hesabına 10 min “Ürək” müqabilində 1 manat, 50 min “Ürək” müqabilində 5 manat, 95 min “Ürək” müqabilində isə 10 manat köçürmək olar. Funksiya tətbiq olunan zamandan etibarən bir neçə saat ərzində artıq 10 min manatdan çox vəsait toplanıb və bu məbləğ sürətlə artmaqdadır.
Qeyd edək ki, “BirBank” mobil tətbiqinin istifadəçiləri POS terminal, İnternet və “BirBank” vasitəsilə nağdsız ödənişlər edərək, “Ürək” qismində olan bonuslar qazana bilirlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.
Xatırladaq ki, ölkə üzrə məşhur olan “BirBank” tətbiqinin 1 milyondan artıq istifadəçisi var. “iOS” və “Android” əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s.
Ətraflı məlumatı www.birbank.az saytından və ya 196 Məlumat Mərkəzindən almaq mümkündür.