Uşaqlarda yer fıstığı allergiyasını birdəfəlik müalicə etmək mümkün olacaq
Bakı, 24 iyul, AZƏRTAC
Qida məhsullarına olan allergiya azyaşlı uşaqlarda kəskin başağrısına, üz nahiyəsində ömürlük çapıqların yaranmasına, korluq, ən pis halda isə ölüm halına səbəb ola bilir. Çikaqo Uşaq Xəstəlikləri İnstitutunun yeni araşdırmaları 1-3 yaşdan gec olmayaraq uşaqlarda yer fıstığı allergiyasının ömürlük müalicə oluna biləcəyi məsələsini gündəmə gətirib.
AZƏRTAC İngiltərə Tibb Araşdırmaları jurnalının xüsusi nəşrinə istinadla xəbər verir ki, Çikaqo Uşaq Xəstəlikləri İnstitutunun professoru Melanie Makhija yeni kəşf olunan, iki dozadan ibarət dərman maddəsinın uşaqlarda yer fıstığı allergiyasına qarşı effektiv təsir göstərdiyini bildirib. Təcrübə zamanı uşaqlar birinci dozadan etibarən az miqdarda yer fıstığına, müalicə kursu bitdikdən sonra isə 4-5 yer fıstığına heç bir allergik reaksiya göstərməyiblər. Həmin maddə hələ ki, sınaq müddətini bitirməyib. Həkimlərin fikrincə, yaxın zamanda ondan tibdə istifadə etmək mümkün olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2023 [11:40]
Alimlər suyu təmizləyən “Ağıllı pas” nanohissəcikləri hazırlayıblar
- 17.08.2023 [16:14]
Kvant hesablamaları səs dalğaları formatında saxlamaq mümkün olacaq
- 17.08.2023 [11:53]
NASA-nın “Orion” kosmik gəmisi sınaqdan uğurla keçib
- 10.08.2023 [15:26]
“Horizon Avropa” proqramı çərçivəsində növbəti məlumat günü keçirilib
- 08.08.2023 [15:26]
Qaranlıq maddə və kainatın genişlənməsinə yeni baxış
- 08.08.2023 [12:13]
Süni intellekt texnologiyası insanların həyatına onlayn nəzarət edəcək
- 07.08.2023 [13:01]