UŞAQLARI SEVİNDİRƏK
V. Əliyev uşaqları bayram münasibətilə təbrik edərək vurğuladı ki, ümummilli liderimiz Prezident Heydər Əliyev gənc nəslə daim diqqət və qayğı göstərirdi. “Valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında” 1999-cu il 30 avqust tarixli Fərmanı buna parlaq misaldır.
Novruz təamları ilə bəzədilmiş süfrə arxasında uşaqlar çalıb-oynayır, oxuyur, şer deyir, maraqlı əhvalatlar danışırdılar. Kosa və keçəl isə onların əhval ruhiyyəsini daha da yüksəldirdi. Müxtəlif viktorinalar və oyunlar keçirildi, qaliblər mükafatlandırıldı.