ÜZÜMÇÜLÜYÜN İNKİŞAF ETDİRİLMƏSİ ƏSAS VƏZİFƏLƏRDƏN BİRİ KİMİ QARŞIYA QOYULMUŞDUR
Bakı, 30 sentyabr (AZƏRTAC). “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda üzümçülüyün inkişaf etdirilməsi, süfrə sortlarının istehsalının artırılması əsas vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.
Kənd təsərrüfatı naziri İsmət Abasovun sözlərinə görə, 2008-ci ildə respublikada 700 hektar, son 5 ildə isə ümumilikdə 5 min 379 hektar sahədə yeni üzümlüklər salınmışdır. Həmin bağların 10-15 faizini süfrə üzüm sortları təşkil edir. Yeni üzüm bağlarının salınmasında dövlət və özəl təsərrüfatlarda yetişdirilmiş, habelə introduksiya olunmuş tinglərdən istifadə edilir.
Məlumat üçün bildirək ki, hazırda ölkədə 13 min 263 hektar üzümlük mövcuddur ki, onun da 8 min 856 hektarı bar verən bağlardır. Ötən il bağlardan, talvar üzümü də daxil olmaqla, 115 min 822 ton üzüm toplanaraq əhaliyə və emal müəssisələrinə satılmışdır.
Cari il sentyabrın 1-dək üzüm bağlarından 23,4 min ton məhsul yığılmışdır. Bu il 120 min ton üzüm yığılacağı proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]