V ixtisas qrupunda ötən il ən yüksək müsabiqə vəziyyəti olub

Bakı, 5 iyul, AZƏRTAC
2022-ci ildə ən yüksək müsabiqə vəziyyəti V ixtisas qrupunda (17.98) olub. Müsabiqə vəziyyətinə görə ikinci yer I ixtisas qrupuna (2.08), sonrakı yerlər isə II (1.76), III (1.46) və IV ixtisas qruplarına (1.36) aid olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib. Bildirilib ki, V ixtisas qrupuna daxil olan ixtisaslar üzrə müsabiqə vəziyyətinin yüksək olması, əsasən I-IV qruplardan hər hansı birinə və yaxud ikisinə ərizə verən abituriyentlərə həm də V qrupa ərizə vermək imkanının yaradılması ilə bağlıdır.