Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 144 namizəd uğur qazanıb
Bakı, 11 noyabr, AZƏRTAC
Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in noyabrın 11-i saat 13:40-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 144 nəfər uğur qazanıb. Onlardan 79-u Təhsil Nazirliyində, 17-si Maliyyə Nazirliyində, 10-u Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:34]
ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb
- 30.09.2026 [14:13]
BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur
- 30.09.2026 [13:17]