Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə indiyədək 390 nəfər uğur qazanıb
Bakı, 26 fevral, AZƏRTAC
Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in fevralın 26-sı saat 10:45-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 390 nəfər uğur qazanıb. Onlardan 205-i Təhsil Nazirliyində, 36-sı Dövlət Statistika Komitəsində, 25-i Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 21-i Maliyyə Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 5374 nəfər sənəd verib. Müsahibə bu gün başa çatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:15]
Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya
- 07.10.2026 [16:51]
“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib
- 07.10.2026 [16:29]
Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa
- 07.10.2026 [15:51]