“VERGİ QANUNVERİCİLİYİ VƏ MÜHASİBATÇILIQ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Seminarda kompüter texnologiyaları, sığorta işi, poliqrafiya, bank sistemi, elektrik avadanlığı sahəsində ölkəmizdə kifayət qədər tanınmış 15-ə yaxın şirkət və müəssisənin əməkdaşları iştirak etmişlər. Onlara mühasibat əməliyyatlarının aparılması, fiziki şəxslərin gəlir vergisinin hesablanması və ödənilməsi, əlavə dəyər vergisinin tutulması yolları, bunların qanuni tənzimlənməsi formaları öyrədilmişdir.