Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin ailəsi ziyarət olunub



Bakı, 19 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov şəhid Elçin Mirzəyevin ailəsini ziyarət edib, onun övladları Gülay, Əsma və Aylinlə görüşüb.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı şəhidin vətənpərvərlik və şücaətindən bəhs olunub, əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb. Bildirilib ki, Mirzəyevlər ailəsi sosial dəstək tədbirləri ilə əhatə olunub və onlara sosial ödənişlər təyin edilib. Həmçinin ailənin bundan sonra da daima qayğı ilə əhatə olunacağı qeyd olunub.
Qeyd edək ki, Elçin Mirzəyev 2020-ci il oktyabrın 10-da Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra dövlət başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, "Laçının azad olunmasına görə" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [17:10]
Sosial layihə: “Həmkardan həmkara qayğı ilə”
- 25.04.2025 [17:06]
Belarus Daxili İşlər Nazirliyin əməkdaşları ölkəmizdə səfərdə olublar
- 25.04.2025 [16:37]
AQTA-nın sədri Ağsuda vətəndaşların müraciətlərini dinləyib
- 25.04.2025 [16:13]
Karbon izini ölç, təbiəti qoru: “Ecotracker” mobil tətbiqi təqdim olundu
- 25.04.2025 [16:07]