“VƏTƏN SƏRHƏDDƏN BAŞLANIR” ADLI SƏRGİ-MÜSABİQƏ AÇILMIŞDIR
Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov təsviri sənət ustaları ilə sərhədçilər arasında xoş münasibətlərin olduğunu qeyd etmiş və məlumat vermişdir ki, bu günlərdə bir qrup rəssam sərhədlərimizin keşiyində duran vətən oğulları ilə görüşəcəkdir.
DSX rəisinin müavini, general-mayor İlham Mehdiyev sərginin təşkilinə göstərdiyi köməyə görə Rəssamlar İttifaqının rəhbərliyinə minnətdarlığını bildirmişdir. O vurğulamışdır ki, sərhədlərimizin müqəddəsliyini, Sərhəd Qoşunlarının nailiyyətlərini təbliğ etmək və gənc nəslə milli-dövlətçilik ruhu aşılamaq məqsədi ilə DSX hər il olduğu kimi, bu il də “Vətən sərhəddən başlanır” mövzusunda kino, ədəbiyyat, musiqi, təsviri sənət üzrə, eləcə də, sərhədyanı kənd məktəblərinin şagirdləri arasında inşa yazıları üzrə 9 nominasiyada müsabiqə elan etmişdir.
İ.Mehdiyev sərginin əhəmiyyətini diqqətə çatdıraraq demişdir ki, sərgi DSX-nin inkişafını, sərhədlərimizin qorunmasına yönəlmiş səyləri təbliğ edir, gənclərdə sərhədçi peşəsinə rəğbət və marağı artırır.