VLADİMİR PUTİN GÜC QURUMLARINA MUZEY FONDLARINI YOXLAMAĞI TAPŞIRMIŞDIR
Rusiya muzeylərində mədəni dəyərlərin təftişini xüsusi komissiya keçirəcəkdir. Dövlət başçısı Vladimir Putin bu komissiyanı sentyabrın 1-dək yaratmağı tapşırmışdır. AZƏRTAC xəbər verir ki, Prezidentin bu təşəbbüsü barədə məlumatı “Novosti” agentliyi RF hökuməti sədrinin birinci müavini Dmitri Medvedevə istinadla yaymışdır.
Mədəniyyət Nazirliyinin, Federal Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və digər qurumların nümayəndələrinin daxil olacağı komissiya son vaxtlar Dövlət Ermitajında və Rusiya Dövlət Ədəbiyyat və İncəsənət Arxivində iri oğurluqlar edilməsi ilə əlaqədar olaraq yaradılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]