Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib
Bakı, 6 yanvar, AZƏRTAC
Kişilər və qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, yanvarın 12-də kişi voleybolçular arasında Yüksək Liqada birinci dövrənin növbəti oyunları keçiriləcək. Həmin gün baş tutacaq ikinci tura saat 16:00-da “Neftçi” - “Xarı bülbül” görüşü ilə start veriləcək. Ardınca saat 18:00-da MOİK və “Murov” qarşılaşması keçiriləcək. Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.
Yanvarın 13-də isə qadın voleybolçular arasında Yüksək Liqada ikinci turun oyunlarına start veriləcək. Voleybol Mərkəzində təşkil olunacaq turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Abşeron” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - UNEC dueli start götürəcək.
Xatırladaq ki, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk turdan sonra aktivinə 3 xal yazdırmış “Xarı bülbül” və “Murov” turnir cədvəlində 1-2-ci yerdə qərarlaşıblar. “Neftçi” və MOİK- isə hələ xal qazanmayıblar.
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında isə birinci turdan sonra hərəyə 3 xal qazanmış “Azərreyl” və “Murov” turnir cədvəlinə liderlik edirlər. “Abşeron” və UNEC isə turu xalsız başa vurublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
- 07.08.2026 [12:08]
Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub
- 07.08.2026 [10:26]
Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək
- 07.08.2026 [02:09]
"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb
- 06.08.2026 [23:00]
Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]
İmişlidə traktorun altında qalan uşaq ölüb
- 06.08.2026 [23:50]