“Volkswagen” daxiliyanma mühərrikli avtomobillərin qiymətini artırır
Berlin, 14 avqust, AZƏRTAC
“Volkswagen” daxiliyanma mühərrikli avtomobillərin qiymətlərini avqustun 21-dən etibarən artıracaq.
AZƏRTAC “Welt” televiziyasına istinadla xəbər verir ki, qiymət artımı orta hesabla 1,5 faiz təşkil edəcək. Bu artım əsas ehtiyat hissələrinə də şamil olunacaq. Xüsusi rəngləmə, idman, dizayn və işıq paketləri həm benzinli, həm dizel, həm də elektromobillərdə bahalaşacaq.
“T-Roc” qiymət artımına məruz qalmayan yeganə daxiliyanma mühərrikli model olacaq. Elektrikli avtomobillərin - “ID.3”dən “ID.7”dək qədər olan modellərin qiymətləri də sabit qalacaq.
Qiymət artımının elektrikli modellərə şamil edilməməsinin səbəbi “Volkswagen”in elektrikli avtomobil satışını yüksək səviyyədə saxlamaq və karbon emissiyalarına görə tətbiq olunan cərimələrdən yayınmaq istəyidir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]