Volodimir Zelenski Belarusla sərhəddə vəziyyətə dair iclas keçirib
Kiyev, 9 iyul, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Lutsk şəhərinin Lyubart qəsrində Volında təhlükəsizlik və sosial vəziyyətlə bağlı koordinasiya iclası keçirib.
AZƏRTAC Ukrayna Prezidenti Ofisinə istinadla xəbər verir ki, iclasda Belarusla sərhəddə vəziyyət müzakirə olunub.
İclasda Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrinə sərhədin bütün şimal bölgəsində güclənməsi tapşırığı verilib. Görüş zamanı, həmçinin Volın vilayətində kriminogen və əməliyyat vəziyyəti müzakirə olunub.
Dövlət Sərhəd Xidmətinin rəisi Sergey Deyneko Ukrayna-Belarus dövlət sərhədinin Volın vilayətində mühafizənin gücləndirilməsi tədbirləri haqqında məlumat verib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]