İDMAN
VÜQAR ƏLƏKBƏROV DA UĞUR QAZANA BİLMƏDİ
AZƏRTAC xəbər verir ki, Afina Olimpiadasının boks yarışlarında avqustun 22-də keçirilən 1/4 final görüşündə çıxış edən ikinci idmançımız – Vüqar Ələkbərov da uğur qazana bilmədi.
90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız rəqibinə, Suriya boksçusu Nasir əl-Şamiyə ciddi müqavimət göstərə bilmədi. Döyüşün başlanğıcı Vüqarın üstünlüyü ilə keçsə də, o, tədricən təşəbbüsü əldən verdi. Üçüncü və dördüncü raundları daha yüksək səviyyədə keçirən Suriya idmançısı 31:25 hesabı ilə qalib gəldi.
Vüqar Ələkbərovun çıxış etdiyi yeni çəki dərəcəsinə alışmadığı açıq-aşkar hiss olunurdu.