VÜQAR HƏŞİMOV BLİTS ÜZRƏ DÜNYA ÇEMPİONATINDA 2-Cİ YERİ TUTMUŞDUR
Bakı, 27 fevral (AZƏRTAC ). Moskvada başa çatmış şahmat üzrə (blits) dünya çempionatında Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimov 2-ci yerə çıxmışdır.
Həmyerlimiz blits turnirdə 14,5 xal toplayaraq, yarışın qalibi, ukraynalı qrossmeyster Sergey Karyagindən (15 xal) yarım xal geri qalmışdır.
Turnirin üçüncü mükafatını isə 13 xalla Şəhriyar Məmmədyarov qazanmışdır. Digər şahmatçılarımız Rauf Məmmədov (12 xal) 14-cü, Eltac Səfərli isə (10 xal) 61-ci yerlə kifayətlənməli olmuşlar.
Çempionatda 165 şahmatçı mübarizə aparırdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]