Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib

Vüqar Rəhimzadə: Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib

Bakı, 10 yanvar, AZƏRTAC

2022-ci il arxada qalsa da ayrı-ayrı sahələrdə görülən işlərin yekunu əsasında cari il üçün hədəflər müəyyənləşdirilir, onların icra mexanizmləri üzərində iş aparılır. Dövlətimizin başçısı İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ümumilikdə 2022-ci ilin uğurları fonunda 2023-cü ildə qarşıda duran vəzifələri açıqladı. Yanvarın 9-da isə ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev “Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu” söyləyərək bu fikri də böyük inamla vurğuladı ki, idman da həyatımızın tərkib hissəsi olduğu üçün ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Həm idmançılarımızın qələbələri, həm də ölkəmizdə keçirilən müxtəlif beynəlxalq yarışlar Azərbaycanın idman ölkəsi olduğunu təsdiqlədi.

Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, kompleks tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün böyük əsaslar yaradır. Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunədir. Təbii ki, buna əsas yaradan ölkəmizin iqtisadi tərəqqisidir. İqtisadi amil bütün sahələrdə təkmil addımların atılmasına stimul verir. Bu baxımdan ölkəmizdə idmanın inkişafına yönələn addımların davamlılığı diqqəti xüsusi cəlb edir. Nəzərə alsaq ki, idman da bir siyasətdir, istər ölkəmizin ev sahibliyi etdiyi idman tədbirləri, istərsə də bu və ya digər ölkələrdə keçirilən yarışlarda idmançılarımızın qələbələri Azərbaycanın təqdimatında əhəmiyyətli rol oynayır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizdə idmanın kütləviliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində paytaxtda və bölgələrdə Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilib, gənclərin bu sahəyə marağının artırılması üçün təbliğat işləri günün tələbləri səviyyəsində qurulur. Bunu əsaslandırmaq üçün statistik rəqəmlərə diqqət yetirmək kifayətdir. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb. Bu proses davam etdirilir. Paytaxt Bakı ən mötəbər idman yarışlarına ev sahibliyi edib. Artıq növbəti Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsidir. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə etdi ki, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaq. Bütün idman ictimaiyyəti, nazirlik, Milli Olimpiya Komitəsinin, federasiyaların, klubların, idman cəmiyyətlərinin birgə səyləri nəticəsində Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü və qüdrətini təsdiqləyəcək. O da məlumdur ki, son vaxtlar Bakı şəhərinin parklarının bəzilərində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb, trenajorlar quraşdırılıb. Bu təcrübənin bütün bölgələrdə tətbiqi prioritet istiqamətlərdəndir. Bu addım, idmanın kütləviliyinin təmin edilməsinə yönələn addımlar sırasındadır.

YAP Xətai rayon təşkilatının sədri ötən ilin idman yekunlarda diqqət çəkən bu statistikanı da böyük qürur hissi ilə qeyd edib: “İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar ki, onlardan 300-ə yaxını qızıl medaldır. Təbii ki, bu, adi bir statistika deyil. Bu, həm idmançılarımızın malik olduqları potensialın, gücün, həm ölkəmizdə idmanın inkişafına göstərilən diqqətin, həm də Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə təqdimatıdır. Hər bir qələbə Azərbaycanın beynəlxalq arenada Dövlət Himninin səsləndirilməsi, qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması ilə müşayiət olunur. Bu, güclü, qüdrətli, eyni zamanda, son iki ildə böyük qürur hissi ilə qeyd etdiyimiz qalib Azərbaycanın dünya birliyində yerinə və roluna, mövqeyinin möhkəmlənməsinə öz müsbət təsirini göstərən tarixi hadisələrdir. Bu inam hər zaman qürurla vurğulanır ki, Azərbaycan gəncləri 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında necə böyük Qələbəyə imza atdılarsa, bu Zəfəri idman yarışlarında da ifadə edir və bunu gələcək fəaliyyətləri üçün böyük stimul kimi qəbul edirlər”.

Vüqar Rəhimzadə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsindən də geniş bəhs edib: “Tarixi Zəfərimiz bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Şanlı Qələbəmiz gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində öz sözünü deyəcək. Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdir ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Bu fikirlərin davamı olaraq isə dövlət başçısı bildirir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdırlar. 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazan gənclərimizin Vətən, torpaq sevgisi beynəlxalq səviyyədə Qələbəmizi şərtləndirən amillər sırasında xüsusi qeyd edilir. Dövlət başçısı İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunan mərasimdə bu çağırışı etdi ki, hər birimiz öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq: “Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər”.

YAP Xətai rayon təşkilatının sədri işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində həmin yaşayış məntəqələrində idmanın kütləviliyinin təmin edilməsi üçün idman obyektlərinin yaradılmasının da prioritetliyini xüsusi qeyd edib: “Məlumdur ki, işğaldan azad edilmiş şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz Baş plan əsasında bərpa edilir. Baş planda görülməsi nəzərdə tutulan bütün işlər öz əksini tapıb. Dövlətimizin başçısı İlham Əliyev Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsinin işlənildiyini, onun yanında böyük Olimpiya İdman Kompleksinin yaradılacağını bildirdi. Ötən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Azad edilmiş ərazilərimizdə ötən il bir neçə beynəlxalq idman yarışları keçirildi. Şuşada beynəlxalq şahmat, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə, Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirildi. Bu kimi tədbirlərin rəmzi mənası vardır. Keçirilən hər bir tədbir özündə bir çox çağırışları ehtiva edir”.

Azərbaycanın hər bir sahədə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə hazır olduğunu bildirən Vüqar Rəhimzadə əlavə edib: “2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları, eyni zamanda, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunları buna bariz nümunədir. Artıq nəinki paytaxt Bakı, işğaldan azad edilmiş torpaqlarımızda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir sözlə, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin beynəlxalq arenada mövqeyi ildən-ilə möhkəmlənir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq