Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Türkiyə dünyada söz və güc sahibi olan nüfuzlu dövlətə çevrilib

Vüqar Rəhimzadə: Türkiyə dünyada söz və güc sahibi olan nüfuzlu dövlətə çevrilib

Bakı, 13 aprel, AZƏRTAC

Bu reallıq inkaredilməzdir ki, Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ikinci ölkələr yoxdur. Dərin tarixi köklərə malik olan bu münasibətlər illər keçdikcə daha da möhkəmlənir. Dünya siyasətinə təsir imkanları getdikcə artan Türkiyə-Azərbaycan birliyi regionda sabitliyin, iqtisadi inkişafın təminatının etibarlı qarantıdır. Son illərdə bu qardaşlığın, dostluğun, müttəfiqliyin bütün sahələrdə daha da uğurlu inkişafından böyük qürur hissi keçiririk. Dövlət başçısı İlham Əliyevin ötən il ölkəmizdə keçirilən “TEKNOFEST Azərbaycan” festivalında qeyd etdiyi kimi, xalqlarımız öz milli qürurunu müdafiə etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar. Ölkə Prezidenti “Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik” fikirləri ilə iki dost ölkənin keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaratdı. Azərbaycan və Türkiyə daim ədalətin və beynəlxalq hüququn yanında olduqlarını atdıqları real addımlarla təsdiqləyirlər. İki qardaş dövlətin birgə səyləri nəticəsində Türk dünyasının birliyi möhkəmləndirilir. Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə qurumun dünya siyasətində rolunun artması istiqamətində atdığı addımlar öz uğurlu nəticəsini verdi. Azərbaycan sədrliyi qardaş Türkiyəyə təqdim edərkən bu inamı ifadə etdi ki, Türkiyə özünün beynəlxalq münasibətlər sistemində artan rolundan bəhrələnərək Türk Dövlətləri Təşkilatına böyük nüfuz qazandıracaq. Keçilən yol bu əminliyə əsas verir ki, bundan sonra da Türkiyə və Azərbaycan ancaq və ancaq irəliyə gedəcək.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Türkiyə hər bir sahədə təkmil təcrübəsi, uğurlu inkişafı ilə diqqətdədir. Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri enerji layihələri bölgədə sülhün, təhlükəsizliyin təminatında, əməkdaşlığın coğrafiyasının genişlənməsində öz sözünü deyir. Regional çərçivədə başlanan əməkdaşlıq əlaqələrinin coğrafiyası genişlənərək beynəlxalq miqyas alıb. Tarixin bütün sınaqlarından şərəflə çıxan iki qardaş ölkə bu gün sözün əsl mənasında dünyaya dostluğun və qardaşlığın nümunəsini göstərirlər.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə, iqtisadi sahə ilə yanaşı, bir çox digər istiqamətlərdə də inqilabi xarakterli addımlar atmağa başladı. Təhsildən tutmuş iqtisadi təşəbbüslərə qədər hər sahədə bərabər imkanları təmin edən işlər görülür. Statistik rəqəmlərə diqqət yetirək. Ötən dövr ərzində təhsil sahəsində 10,3 milyard Türk lirəsi olan illik büdcə 304 milyard Türk lirəsindən çox artırılıb. Bu faktı xüsusi qeyd etməyimiz səbəbsiz deyil. Hər bir ölkənin gələcək inkişafı təhsillə sıx bağlıdır. Qardaş ölkədə təhsilin inkişafının prioritetliyi dövlət büdcəsindən ayırmalarda özünün aydın ifadəsini tapır. Bununla bərabər səhiyyə, nəqliyyat, hava yolları sahəsində yüksək göstəricilər əldə edilib. Ümumi daxili məhsul 238 milyard dollardan 1 trilyon dollara qədər artıb. Müdafiə sənayesinə gəldikdə isə Türkiyə öz tələbatını qarşılamaqla yanaşı, 170 ölkəyə müdafiə sənayesi məhsulları ixrac edən bir ölkə səviyyəsinə yüksəlib.

Vüqar Rəhimzadə vurğulayıb ki, türk dünyasının öndərləri Mustafa Kamal Atatürk və Heydər Əliyev ideyalarına sadiqlik iki ölkənin gündən-günə möhkəmlənən dostluq və qardaşlığında özünü nümayiş etdirir. Bu çağırış daim səsləndirilir ki, Azərbaycan və Türkiyə nə qədər güclü olsalar, həqiqətlərimiz də bir o qədər üstün olacaqdır. Bir o qədər də beynəlxalq arenada sözümüz eşidiləcək. Türkiyə-Azərbaycan “Bir millət, iki dövlət”dir. Məhz bu birliyin sarsılmazlığının nəticəsində Cənubi Qafqazda sabitliyin yaranmasına əngəl olan, erməni məkrindən qaynaqlanan uydurma iddiaların əsl səbəbləri dünya ictimaiyyətinə çatdırılır, düşmənin bəd niyyətləri ifşa olunur. Yalnız ikitərəfli deyil, AŞPA, ATƏT, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edən iki ölkənin birliyi və həmrəyliyi ümumilikdə Türk dünyasının gücünü artırır. Bu həmrəylik ölkələrimizin regional təhlükəsizlik məsələlərində eyni mövqedən çıxış etməsinə töhfəsini verir. Qardaş ölkələrimizin iqtisadi sahədə potensialı da ildən-ilə artır, qlobal enerji və iqtisadi layihələr icra edilir. Enerji və nəqliyyat layihələrinin uğurlu sonluqla başa çatdırılması üçün Azərbaycan və Türkiyə qətiyyət, siyasi iradə nümayiş olunur.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Türkiyənin siyasi və mənəvi dəstəyindən güc alan Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Ədalət və beynəlxalq hüquq zəfər çaldı. Reallıq budur ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin dünyadakı yeri və əhəmiyyəti artıb. Türkiyənin müstəqil xarici siyasət həyata keçirməsi təmin edilib. Türkiyə, dünyada söz sahibi olan, öz siyasətini həyata keçirən bir ölkəyə çevrilib. Hər bir beynəlxalq problemdə Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi və müdaxiləsi vacib haldır. İsrail-Fələstin, Rusiya-Ukrayna münaqişələri başda olmaqla Suriya, Liviya kimi regionlarda sülh şəraitinin yaradılmasında Türkiyə ən mühüm ölkə hesab olunur. Bu gün Türkiyənin Türk dünyası ilə əlaqələri əvvəllər xəyal belə edilməyən səviyyəyə çatıb. Qardaş ölkə özünün gündəliyi olan müstəqil aktor mövqeyinə yüksəldi. Artıq heç bir güc Türkiyəyə nə etməli olduğunu diktə edə bilmir. Türkiyənin maraqları üçün lazımı qərarlar xarici mərkəzlərdə deyil, Ankarada qəbul edilir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyənin gücü bizim gücümüzdür və birlikdə biz daha güclüyük.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub