Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyanada “Arzu Balıq” dastanı təqdim olunub

Vyana, 18 iyul, AZƏRTAC

Avstriyada fəaliyyət göstərən “ÖST Ensemble” ansamblı Vyanada ilk konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Vyana Musiqi və Səhnə Sənətləri Universitetində reallaşan ilk konsertdə ansambl musiqisevərlərin görüşünə “Arzu Balıq” dastanı ilə çıxıb.

“Arzu Balıq” dastanı görkəmli təbrizli yazıçı, tanınmış tərcüməçi-publisist Səməd Behrənginin “Balaca Qara Balıq” nağılı əsasında Aria Torkanbouri tərəfindən yazılıb. Bu performans başdan-başa Azərbaycan-Türk aşıq dastan ənənəsi əsasında qurulub. Yəni fərqli musiqi və rəqs mədəniyyətlərindən seçilən və ifa olunan əsərlərin hamısı dastan rəvayəti əsasında, aşıqların dastan demə formasına dayanaraq yeni formada ifa olunub.

“Arzu Balıq” dastanında Azərbaycan musiqi mədəniyyətindən Fikrət Əmirovun “Mən səni araram”, “Min bir gecə” baletindən rəqs, Niyazinin “Qaytağı” və Güney Azərbaycan aşıq mahnısı “Çal, aşıq, çal” kimi əsərlər başqa musiqilərlə yanaşı təqdim edilib. Bunlarla yanaşı, Azərbaycan “Mahur” və “Şüştər” muğamları da Vyanada yaşayan təbrizli solist Hadi Mostafaei tərəfindən ifa edilib. Azərbaycan Türkcəsindən kənar gilək, fars, gürcü, Türkiyə türkcəsi, Qazax türkcəsi, maqduniyyə və macar dillərində mahnılar da səsləndirilib. Dastanın özü isə Berlin şəhərində yaşayan və əslən təbrizli Həmid Saneiy tərəfindən Azərbaycan və alman dillərində söylənilib.

“ÖST Ensemble” bəstəkar, musiqi nəzəriyyəçi, və etnomusiqişünas Aria Torkanbouri tərəfindən 2020-ci ildə Vyanada təşkil edilib. Onun sözlərinə görə, estetik cəhətləri kənara qoyulduğunda bu performansın iki əhəmiyyətli cəhəti vardır. İlk növbədə, Azərbaycan-Türk aşıq 'dastan' ənənəsini bir performans forması kimi (opera, operetta forması kimi) beynəlxalq səviyyədə birinci dəfə praktik olaraq nümayiş etdirilib. Eyni zamanda, bəstəkar bu ifanı öz elmi tədqiqatının praktik cəhəti kimi görür.

“Arzu Balıq” dastanından öncə Aria Torkanbouri Azərbaycan-türk aşıq sənətinə həsr olunmuş diplom işini Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin Etnomusiqişünaslıq İnstitutunda bitirib. A.Torkanbouri bütöv Azərbaycan bölgəsində dastan ifaçılığının aradan getdiyi və ictimai funksiyasını əldən verdiyi bir zamanda, dünyanın musiqi mərkəzi sayılan Vyanada bu ənənəni yeni formada səhnəyə çıxarmağı əhəmiyyətli bir addım kimi görür. Bəstəkarın dediyinə görə, “Arzu Balıq” dastanı bütün incəsənət sahəsində çalışanlara, xüsusilə Azərbaycan musiqisi, teatr və ədəbiyyat sahəsində olan sənət adamlarına uğurlu bir örnək ola bilər. Təxminən iki saat davam edən performans dastan söyləmə, musiqi və rəqs tərkibində ifa olaraq, Vyanada konsertdə iştirak edən beynəlxalq tamaşaçı kütləsi tərəfindən böyük maraq və zövqlə qarşılanıb.

Bu performansın başqa bir özəlliyi, seçilmiş əsərlərin hamısının Şərq musiqi səs sistemi qanunlarına uyğun olan və həmin səs sisteminin tonal qanunlarına uyaraq aranjeman və ifa olunmasıdır. Aria Torkanbouri neçə illərdir ki Şərq musiqisinin səs sistemi üzərində tədqiqat aparır və hələ də tədqiqlərini bu sahədə davam edir. “Arzu Balıq” dastanı performansında gilək, fars, ərəb, yəhudi, slavyan, macar, gürcü, Azərbaycan/Türkiyə/Qazaxıstan Türk musiqi mədəniyyətlərindən nümunələr bir-birləri ilə qarışıq formada ifa olunub. Seçilən əsərlərin hamısı Qərb musiqi səs sistemindən fərqli olaraq, Şərq musiqi səs sisteminin tonal qanunları əsasında bəstəkar tərəfindən ansambl üçün aranjeman olunub. Bu isə musiqi əsərlərinin exotic ortama daxil olmasının önünü alaraq, tamı-tamına beynəlxalq ortamda “şərq klassik musiqisi” adını verməyə imkan yaradır.

Aria Torkanbouri 2007-ci ildən bəstəkarlığa başlayaraq Tehran, Bakı, İstanbul, Berlin, Graz və Vyananın musiqi universitetlərində fortepiano, bəstəkarlıq, orkestr dirijorluğu, musiqi nəzəriyyəsi və etnomusiqişünaslıqda tanınmış musiqi simalarının tələbəsi olmuşdur. Azərbaycanda təhsil alarkən o, Arif Məlikov, Ceyhun Allahverdiyev, Azər Dadaşov, Lalə Rzayeva və Əyyub Quliyev kimi müəllimlərin tələbəsi olmuşdur. Bəstəkar 2021-də Üzeyir Hacıbəyli bəstəkarlıq mükafatı qazanıb. Eyni zamanda, Güney Azərbaycanın “Məcnun Talibi Nur” adlı ilk operasını 2014-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası əsasında yazdığı yeni rəvayət əsasında səhnəyə çıxarmışdır.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub