VYETNAM SOSİALİST RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NQUYEN MİNH ÇİETƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 26 avqust 2009-cu il.